Qadin.NET / Vitaminli xörəklər - 2

Vitaminli xörəklər - 2

Vitaminli xörəklər - 2

Çiy dəmləmələr

Çuğundur içkisi: 4 xörək qaşığı quşüzümü (yaxud qırmızı qarağat), 2 xörək qaşığı çuğundur şirəsi, 1 çay qaşığı bal və stəkanın 2/3 qədər suyu bir-birinə qarışdırmaq.

Vitaminli xörəklər - 2

Natural tərəvəz şirələri: Kəskin tamı olan tərəvəzləri (illik və aylıq turp, qıtıqotu) sürtkəcdən keçirmək, su qatmaq və süzmək. Belə şirəni şirəçəkən maşında düzəltmək daha asandır. 

Vitaminli xörəklər - 2

Tərəvəz südü: 5 tərəvəz növünü (kələm, kök, çuğundur, turp, xiyar, pomidor, kartof) eyni vaxtda sıxmaq və qarışdırmaq, üstünə bir o qədər qatıq əlavə etmək. 

Vitaminli xörəklər - 2

Limonad: Bir stəkan suya 1-2 limonun şirəsini tökmək və hər kəsin zövqünə uyğun bal əlavə etmək. 

Vitaminli xörəklər - 2

Kəpək suyu: Dörd xörək qaşığı kəpəyi 20 xörək qaşığı suya qarışdırmaq, 3-4 saatdan sonra süzmək, alınmış məhlula 1 xörək qaşığı bal və şülul şirəsi əlavə etmək.

 Vitaminli xörəklər - 2

Çiy çaylar: İki xörək qaşığı hər hansı yeyilən otun (məsələn, cəfəri, kərəviz, gicitkan və s.) və ya yarpağın üstünə 1 stəkan çiy su tökmək və 12 saat isti yerdə saxlamaq, süzdükdən sonra zövqə uyğun miqdarda bal qatmaq. 

Vitaminli xörəklər - 2

Alma çayı: Xırda doğranmış almanın üstünə su tökmək, yarım saatdan sonra süzgəcdən keçirib içmək.

Tərəvəz südü: Təzə tərəvəz şirəsini (kök, turp, şalğam) qatıqla qarışdırmaq (eyni həcmdə). Belə süd köhnə, qurumuş qıtıqotundan (xren) daha yaxşı alınır.

Qıtıqotu və turp südü: 1 xörək qaşığı qatığa 1 çay qaşığı turp, yaxud əzilmiş qıtıqotu qatmaq, üstünə qatıq əlavə etmək.

 Vitaminli xörəklər - 2

Sarımsaq südü: Sürtkəcdən keçirilmiş 1 diş sarımsağın üstünə qatıq (kefir, ayran, süzmə, prostokvaşa) əlavə etmək.

Çuğundur kvası: 3 litrlik balona bir qədər təmizlənmiş çuğundur doğramaq,üstünə qaynamış isti su tökmək,ağzını tən -ziflə örtmək,5 gün dəmləmək, üstündə əmələ gəlmiş ərpi yığıb atmaq. Kvas hazırdır. Onu yeməkdən öncə balla, yaxud salatla birlikdə qəbul etmək məsləhətdir. 

Vitaminli xörəklər - 2

Qoz südü: On ədəd qozu (yaxud ona bərabər fındığı, badamı, püstəni) həvəngdəstədə döymək, döyə-döyə üstünə su əlavə etmək. Alınmış məhlulu süzgəcdən yaxud tənzifdən keçirmək. Üstünə qatıq əlavə etmək.

Qeyd: Bütün mayeləri qəbul edərkən onları ağız şirəsi ilə yaxşı-yaxşı qarışdırmaq lazımdır. Tüpürcəyin tərkibində çox faydalı elementlər var (şüursuz saydığımız heyvanlar yaralarını dilləri ilə yalayıb, tüpürcəklə sağaldır).

Ərşad Əzimzadə

14 avqust 2014
GO BACK