Qadin.NET / Xoşbəxt olmağın 8 yolu

Xoşbəxt olmağın 8 yolu

Xoşbəxt olmağın 8 yolu


Rahat olmaq sizi sakitləşdirir və xoşbəxt olmağınmıza şərait yaradır. Xoşbəxt olmaq, gülmək sizi xəstəliklərdən qoruyar. İlk öncə ətrafınızdakı insanların xoş niyyətli, gülər üz və xoşbəxt olmaqları vacibdir. Dostraınız və rəfiqələrinizin neqativ enerjisi varsa siz də neqativ düşünəcəksiniz hər şeyi. Buna görə də daha canlı və xoş niyyətlə dolu olan insanlarla vaxtınızı keçirin.

Xoşbəxt olmağın 8 yolu


Buda özünüzü rahat və xoşbəxt hiss etmək üçün 8 tövsiyyə.

1. Əyləncəli bir film izləyin yada internetdə gülməli bir sayta daxil olun. Gülmək insanı bütün sıxıntılardan uzaq edir və bütün problemlərinizi unutmağa kömək edir.

2. Yoqa ilə məşğul olun. Əgər yoqa-ya getməyə vaxtınız yoxdursa onda DVD-den seyr edin. Hər gün olmasa da, ayın15 gününün 15 dəqiqəsini yoqa ilə məşğul olun. Fiziki və ruhi gücünüzün möhkəm olmasını təmin edin.

3. Heç '5 dəqiqəni özünə ayır' deyə bir şey eşitdinizmi? Sadəcə 5 yada 10 dəqiqənizi özünüzə ayırın. Özünüzü düşünmək üçün ən yaxşı zaman səhər tezdəndi. Hər kəsdən bir az tez oyanın, isti bir çay için və ürəyinizdən həmin an nə gəlirsə onuda edin.

4. Rəqs edin, hərəkət edin! Rahat olmaq istəyirsinizsə, sevdiyiniz musiqini qoyun və o musiqi altında rəqs edin. Musiqi dinləyəndə insan bütün problemlərdən uzaq olur və sizin rahat olmağınızı təmin edir.

5. Daxil olan mesajları təmizləyin. E-mailiniz deyil, ağlınızdakı mesajları. Özünüz üçün dəftər tutun və orda nə düşündüyünüzü yazın hətta xəyal etdiyiniz arzularıda yazın.. Belə etmək həm sizi rahat edər həm də, yaxşı yatmağınıza səbəb olar.

6. Həftə ərzində daxil olan mesajları təmizləyin. Bəli bu dəfə kompyuterinizdəki mail qutunuzu təmizləyin. Ən azından həftədə bir dəfəf təmizləyin qutunuzu. Oxuyun, cavab yazın və sizə lazım olmayan mailləri cavablandırmadan silin. Maili təmizləmək sizi rahatladacaq.

7. Təmiz hava qəbul edin. Yataq otağınızdakı pəncərə daim açıq qalsın. Təmiz hava insanın beynini sakitləşdirir və gün ərzində olan hadisələri sağlam düşünməyə şərait yaradır.

8. Rahat və sakit olmaq xoşbəxt və sağlam yaşamanın açarıdır. Xoşbəxt olduğunuz üçün utanmayın, bunu dostlarınızla və iş yoldaşlarınızla bölüşün. Sizə müsbət enerji verdikləri üçün onlara təşəkkür edin .



31 avqust 2010
GO BACK