Soyuq keçən bu günlərdə buz tutan yollarda yıxılmadan getmək üçün nələr etməliyik?
- Kiçik və balanslı addımlar atmağa diqqət yetirin. Tələsik getməyin.
- Üşüsəniz də əllərinizi cibinizə soxmayın.Çünki,rahat yerimək və bədənə tarazılıq vermək üçün əllərin sərbəst olması lazımdır.Yadınızda saxlayın ki,əllər cibdə olarkən yıxılsanız,xəsarətiniz əllərin sərbəst olduğundan daha çox olacaq.Buzlu yolda əllərin cibdə olması, böyük addımlar atılması,yıxılmağa daha çox səbəb olur.
- Paltar seçiminizi qarlı havaya görə edin.Evdən çıxmadan əvvəl çöldəki hava şəraitini öyrənib,uyğun geyimlər seçin. Məsələn,dikdaban ayaqqabılarınıza bir müddət vida edin.
- Səhv ayaqqabı seçimi sürüşmələrə və ayaq biləyinin burxulmasına səbəb olar.Altı sürüşkən olmayan rezin,ya da girintili-çıxıntılı ayaqqabı geyilməlidir.
- Uşağınızı,ya da ağır əşyalarınızı qucaqda daşımayın. Paket, ya da çantalarınızı iki əlinizlə daşımayın.Yıxılma əsnasında refleks olaraq əl və ayaq biləyiniz önə doğru hərəkət edər. Buna görə əl, ayaq biləyi qırılmaları və omba yaralanmalarına çox rast gəlinər.
-Pilləkənləri enərkən,mütləq sürahılardan tutun.