Veganlar heyvan mənşəli heç bir qida yemirlər
Vegetarian qidalanma zamanı heyvan əti yeyilməzkən, veganlar heç bir heyvan mənşəli qida yemirlər. Məsələn, vegetarian olan biri qırmızı ət yeməsə də pendir yeyə bilər, ancaq vegan olan biri heyvan mənşəli heç bir qida yeməz.
Vegetarianlar dörd qrupa ayrılır
- Ovo vegetarian: Yumurta yeyərlər fəqət süd məhsulları ilə heyvan məhsulları yeməzlər.
- Lakto vegetarian: Heyvan məhsulları ilə yumurta yeməyib süd məhsulları yeyərlər.
- Pesko vegetarian: Ət məhsulları yeməyib balıq və balıq məhsulları yeyərlər.
- Lakto-Ovo vegetarian: Ən çox rastlanan qrup, süd məhslları yumurta yeyib, heyvan əti yeməzlər.
Veganlar yeməyin mənşəyinə baxırlar
Veganlar restoran getdikdə ət məhsulu olmayan yemək sifariş edərlər. Ancaq vegan qidalananlar sifariş etdikləri yeməyin hazırlıq prossesi zamanı hər hansı heyvan mənşəli məhsullardan istifadə olunub-olunmadığını, heyvan məhsullarına dəyən bıçağın yeməyə dəyib-dəymədiyini soruşarlar.
Veganlar bal yeməz
Veganlar vegetarianlardan fərqli olaraq bal yemirlər. Özlərinə heyvanların istehsal etmədiyi məhsullardan olan həyat tərzi seçiblər.
Veganlar vegetarianlara nisbətdə daha çox B12 çatışmazlığı yaşayarlar
B12 daha çox heyvan mənşəli qidalarda olduğu üçün veganlarda vitamin çatışmazlığı meydana gələr.
Hansı daha sağlam?
- İki qidalanma formasında da kalsium, D vitamini, B12 vitamini və omeqa3 çatışmazlığı yarana bilir. Bu çatışmazlıqlara mane olmaq üçün bitkilərdən dəstək almaq tövsiyə edilir.
- Vegetarianlar veganlara nisbətdə kalsium və B12 vitamini daha çox qəbul edir.
- Aparılan araşdırmalar vegan həyat tərzi olanların infarkt, xərçəng və diabetə daha az tutulduğunu göstərir.
Tərcümə: Ustaclı