Qadin.NET / Bitdi - Əhəd Əhədli

Bitdi - Əhəd Əhədli

Bitdi - Əhəd Əhədli

Sən getdin gedəli boşalıb şəhər

Heç cürə açılmaq bilməyir səhər

Bu həyat çətin də olsa mənimçün

Yaşayıb gedirəm onu birtəhər.. ..

 

Hər səhər yuxudan qalxdığım zaman

Özümə deyirəm bir neçə yalan

Bilirəm sən gələn deyilsən, amma

Başımı qatıram bir ay ya bir an..

...

Sən getdin gedəli getmir izlərin

Qalıb qulağımda hələ sözlərin

Guya ki heç zaman gedən deyildin

Sonacan səninlə qalaram dedin...

Bitdi - Əhəd Əhədli

Sonluğun tez oldu, görəsən niyə?

Bəlkə də günahkar özüməm elə

Bu qədər dəyəri verməməliydim

Bəlkə də bu üzdən getmisən elə..

...

Vurdu ürəyini verdiyim dəyər

Yığıb çamadanın tərk etdin məni

Arxanca ağlaram düşündün əgər

Bununçün sevmişdim məgər mən səni?

...

Bununçun sevmişdim çıxıb gedəsən?

Səninçün qurduğum bu qəlb evimi

Əlinin tərsiylə yıxıb gedəsən?

Bununçün etmədim mən sakin səni..

...

"Qayıt gəl sevirəm", deyən deyiləm

Qayıtsan əvvəlki olmaram sənə

Daha mən ilk addlm atan deyiləm

Ağılsız olmaram daha mən yenə...

...

Mümkünsə heç gəlmə, pis yaşamıram

Arada yoxluğna şeir yazıram...

Arada gecələr mən ağlayıram..

Şükür ölməmişəm, hələ ki, sağam..

...

Sənə ehtiyacım gedəndə bitdi,

Daha mən ehtiyac duymuram sənə

Demirəm bu ürək hələ sənindi

O qəlbi vermərəm bir daha sənə

Mən daha dönmərəm, sevgilim, sənə...

Olmaram bir daha ağılsız yenə...

 

Əhəd Əhədli

6 dekabr 2017
GO BACK