Qadin.NET / Boşluq (şeir)

Boşluq (şeir)

Boşluq (şeir)

 

Bir qış, bir payız

Bir yay, bir yaz

Darıxmaq bütün fəsillərdə.

Arxaya dönüb baxmaq

Və görmək ki,

Dəyişən sadəcə rəqəmlər, bu şəhərdə.

Necə də gözəl yağardı Bakıya xatirələr

Və səndən sonra

Bir “yalnızlıq”, “darıxmaq” tikildi

Şəhərin elə düz mərkəzinə.

Və həmin günü

Hər kəs sənə bənzədi, nədənsə.

Yorulmaq, illərin gətirdiyi fəsillərdən

Soyuq bir insana çevrilmək

Güvəndikcə insan varlıqlarına.

Bir boşluğu hiss etməyi diləmək

Amma heç bir ölüm olmadan.

Sənsizliyi unutmaq yalan

Sadəcə öyrəşmək ən səmimi doğru.

Göy üzündə milyonlarca sən

Hər gecə əks olunmaq pəncərəmə.

Səndən kiçik xatırlatmalar,

Mənim öz-özümə olan yalanımı

Hər zaman edir ifşa.

Böyük bir boşluğu

Diləmək üçün qəlbdən bir inam.

Şəhərin ən hündür binasından

Bağırmaq, bəlkə eşidərsən deyə.

Sənə çatmaq üçün böyük bir xəyal qurmaq

Və küçənin ortasında divarlara yalan atmaq.

Verilən hər bir təsəllinin

Olacaqdır, nə zamansa hər bir cavabı.

Eyni şəhər, dəyişkən fəsillər

Eyni yağış damlası altında islanmaq

Amma ayrı-ayrı küçələrdə hiss etmək.

İçindəki həzin musiqinin səsini artırmaq

Və bəzən nə özünü, nə insanları

Nə də ki, səni dinləməmək.

Böyük bir boşluq

Zamandan, insanlardan, özündən

Və səndən xaric

 

Ceyhun Məmmədov

3 aprel 2017
GO BACK