Qadin.NET / Öyrət

Öyrət

Öyrət

Öyrət

Kül olub ürəyim dözə bilmirəm,

Nə olub? Göz dəyib gözə bilmirəm

Həsrət dəryasında üzə bilmirəm

Mənə həyatda dözməyi öyrət.

 

Qaralıb gözlərim qabağı görmür

Gözümün önündə gözəli görmür

Bu acı talenin işığı sönmür

Mənim gözlərimə görməyi öyrət

 

Gülmür yanaqlarım gülə bilməyir

Dodaqlar büzülüb dinə bilməyir

Əllərim göz yaşı silə bilməyir

Mənim gözlərimə gülməyi öyrət

 

Getmir ayaqlarım tutulub qalıb

Bükülüb belimdə ruhum qocalıb

Həyat, gör məni ,nə halə salıb

Mənə tutunmadan gəzməyi öyrət

 

O getdi gedəli gedəndən bəri

Başqa birisini sevə bilmirəm

Hələ qurumamış yatağın təri

Mənə başqasını sevməyi öyrət

 

Elvirəm ürəyim payız ruhludu

Sözlərim qəlbləri ovcuna alır

Ləqəbim Onurdu külək ruhludu

Mənə külək kimi əsməyi öyrət

Öyrət

Utansın

Görəsən bu acı bu həsrət bu qəm

Bitəcək nəvaxtı bu zillət görən

Vəfasız nə mənəm nədi ki sən

Bizi ayıran zaman utansın

 

Axı bizimdə arzumuz vardı

Sevgi bizimçün xatirə qaldı

Araya ayrılıq nəğməsi saldı

Həsrət nəğməsini çalan utansın

 

Yandı ürəyim yandı köz oldu

Gözümdə amansız yaşlar sel oldu

Bulud tək boşalıb bulud tək doldu

Qəlbimi yandıran insan utansın

 

Qorxusu yoxmudur Allahdan onun

Bilmirmi pis olar axırı sonun

Geyinib əyninə şeytanın donun

Cəhalət içində şeytan utansın

 

Vaxtsız ayrılıq başladı bizdə

Sevgini saxlayan büküldü dizdə

Yumuldu yoruldu görmədi gözdə

Gözləri kor edən Nəfsin utansın

Öyrət

Talehim

Yazılıb bu qismət mənim bəxtimə

Əyləşdim həyatda özəl təxtimə

Qara yazıbdır yazan bəxtimə

Sənsiz yaşanacaq qara telehim


Bəhanə doludur yaşamım mənim

Yaşımın üstünə yaş alım gəlim

Yoxluğun gündüzüm gecələr sənim

Mənə bunu yaşadır ölü talehim


Göz yaşım gözümdən kəsməkdə bilmir

Qəlbim bu ayrılıqla inan isinmir

Vicdan susub qalıb niyədə dinmir?

Lal olub kar olub aman talehim.


Nəfəsim qısılır gözüm qaralır

Vaxt gedir ömürdən zaman daralır

Bağ baxçamda yarpaq saralır

Payız nəfəsində solan talehim.


Sonmudur ya əvvəl hələ bilmirəm

Üzüm qəm doludu artıq gülmürəm

Nə qala nədəki ölə bilmirəm

Bezdirib boğaza yığıb talehim

Müəllif: Elvir Onur

24 yanvar 2016
GO BACK