Qadin.NET / Əli(ə) və sən

Əli(ə) və sən

 

Əli(ə) və sən

 

ƏLİ (ə) VƏ SƏN

Yalan deməyin,
O 25 il oturmadı,
olmadı “xanənişin”.

Yalan deməyin,
O 25 il için-için yandı deyin;
O oturmadı
sadəcə
haqqın keşiyində gizli-gizli dayandı deyin.

Kim deyir ki, o 25 il dinmədi,
susdu,
danışmadı...?
Kim deyir ki o heçnəyə qarışmadı?
Kim deyir?

O dindi,
- biz gərək, - dedi, 
- dinməyək, dedi,
- səs çıxarmayaq,
Təki haqqın səsi ucalsın!

O sükutuyla qorudu haqqı
sən səs-küyünlə dağıdırsan;
O qaranlıq gecələrdə səssizcə göz yaşı axıtdı
sən ürəklərdə qardaş qanı axıdırsan!

Fərqə bax:
Əli (ə) və Sən!
Bir bax, o harda
sən harda qalırsan...?

O, haqqını qəsb edənə kömək etdi
sən haqqını tələb edənə balta çalırsan;
alçalırsan...

 

 

Sus!
Allah eşqinə sus!
Bu qədər batil üçün susdun
bir dəfə də Haqq üçün sus!

Dünya ilə insan tərs mütənasibdilər, əzizim;

insan böyüdükcə dünya kiçilir
məsələn, 7 –ci mərtəbənin pəncərisindən 
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqa kimi, 
sanki nəsə daşıyır hərə öz yuvasına...

Siqaretin tüstülənir, 
sən də düşünürsən:
bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən 
yuvasına aparmaq istədiyi ümidi? frown duyğusu
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu: 
- həqiqət nədir?
İsa (ə) susdu...

İnsan dünyadan çox böyükdür əslində,
yəqin ki, eyni səbəblə “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı, əzizim,
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə, 
insan kiçilir qarışqa kimi...

 

İlqar Kamil

16 oktyabr 2015
GO BACK