Qadin.NET / Əzizinəm yalandır

Əzizinəm yalandır

Əzizinəm yalandır

Nədir

Ey dünyadan razı olan

Üzündəki kədər nədir?

Səni üzülmüş görürəm

Çəkdiyin intizar nədir?

 

Nəfs səni alıb gedir

Şeytana əsir olmusan,

Puç dünyaya bağlanmısan

Dünyadan istəyin nədir?

 

Nə qədər sərvətin olsa,

İnan ki, heç nəyə dəyməz.

Qiyaməti yada salaq:

Oğul atanı tanımaz.

 

Allah Quran ayəsində

"Şeytana qul olma!" dedi.

Ayəni yalan sanırsan,

Səndəki o hünər nədir?

 

Əzizinəm yalandır

 

Allah əmr buyurubdur,

Dünyaya mehman olmusan.

Ömür boyu bu dünyada

Bircə diləkdən qorxmusan.

 

Dərdin gizlin yazıq insan,

Günahların aşkar olar,

Heç kim çatmaz köməyinə,

O pərişan halın nədir?

 

Ey Allahı diləməyən,

Dilək sənə nə zor oldu.

Allaha təslim olmayan,

Üzündəki qürur nədir?

 

Haqqı-divan ağır olar,

Məhkəmeyi-kübra qurular.

Bir-bir etdiyin sorular,

Turan, sənin qorxun nədir?

 

Haqqı görüb dərk edənlər,

Mürşidə tövbə edənlər,

İki dünya səadətinə

Sahib olsan, dərdin nədir?

Allahdan istəyin nədir?

Əzizinəm yalandır

Bayatılar

Əzizinəm, yalandır,

Bil ki, dünya yalandır.

Dünyaya bel bağlama,

Allah bizə qalandır.


Əzizinəm, Qurandır,

Quran bizə dərmandır.

Onu Allah yazıbdır,

İnsanlara fərmandır.


Əzizinəm, dağlarına,

Cənnətin bağlarına.

Allah izn veribdir

Düşmüşük sorağına.


Əzizinəm, şükrdür,

Bizə qalan zikrdir.

Allahdan ayrı düşsək,

Qazancımız zəqqumdur.


Əzizinəm, Allahdan,

Gəlişimiz Allahdan.

Bir gün geri dönərik

Verərik ona imtahan.

 

Əzizinəm yalandır

 


Əzizinəm, dostuna,

Heç vaxt durmaz qəsdinə.

Bizlərə düz yol seçib,

Can qurban beləsinə.


Əzizim, möminlərə,

Xəbər var möminlərə.

Allah onları seçib

Layiqlər Cənnətlərə.


Əzizim, yeddi namaz,

Mömin onsuz qalammaz,

Əgər onu etməsə,

Ürəyi sakit olmaz.


Əzizim Peyğmbərə (s.ə.v),

Salavat Peyğəmbərə (s.ə.v).

Yeddi kərə namaz da,

 Sayqıdır Peyğəmbərə (s.ə.v).

Turan xanım
5 dekabr 2014
GO BACK