Qadin.NET / Təzə məhəbbət, təzə ömür

Təzə məhəbbət, təzə ömür

Təzə məhəbbət, təzə ömür

Yohan Volfgang Hötenin yaradıcılığından nümunələr

Təzə məhəbbət, təzə ömür 

Nədir bu təlatüm, nədir bu tufan, 

Nədir bu sıxıntı, ürək, ay ürək? 

Nədir bu təzəlik köhnə həyatda, 

Nədir bu həyatı dərdə bələmək... 

Görən kim qarğadı bu bəxtsiz bəxti, 

Sevdiyin nə varsa yox oldu getdi. 

Getdi rahatlığın, getdi zəhmətin, 

Getdi, dalğalarda boğuldu getdi... 

 

Səni cəlb eləyir bir təzə sevda, 

Yerişi, duruşu duyğulu nigar. 

Əriyib gedirsən təbəssümündən 

Başına gələsi təzə oyun var. 

Eh, onun əlindən hara qaçım mən, 

Mən necə son qoyum aha, fəryada 

Bəlkə də canımı dişimə tutub 

Qayıdım, 

bu sevda yetişsin dada?! 

 

Təzə məhəbbət, təzə ömür
 

 

Arada sevgidən qırılmaz tellər, 

Qəlbini qəlbimə bağlayıb o qız. 

Günüm gəlib keçir min bir əzabla 

 

Nəyim var onundu, onundu yalnız... 

Daha gözlərimə dünya dar gəlir, 

Tilsimə salıbdı məni bir mələk 

Təzədən sinəmə dağ çəkib gəlir 

 

Nədir bu məhəbbət, - ürək, ay ürək?!... 

 

Qartal və göyərçin 

Budur, qanad çalır növcahan qartal 

Qıy vurur havada – şikar dalınca... 

Qartalı ovçunun oxu salınca, 

Bükülür qanadı, düşür kolluğa. 

Ağrıdan gözünü yumur günbəgün 

Qanlı lələyini qaldırmaq üçün, 

Qalıb kol dibində - tanrıya möhtac. 

Nəhayət, tapılır dərdinə əlac – 

Loğman təbiətin şirin balzamı, 

Qoymur gözdə qala arzunu, kamı. 

Sürünə-sürünə kolluqdan çıxır, 

Gərir qanadına güc-qüvvət yığır. 

Yenə ənginliyə qalxmaq istəyir, 

Qırçın qayalara baxmaq istəyir. 

Öz qanadlarını gen-gen açır quş, 

Eh... şikar ümidli uğursuz uçuş... 

Qartalı qərq edir qəm sükutuna 

Qaya sinəsindən böyük həsrətlə 

Gah aşağı baxır, gah da yuxarı 

Sanki təpəsindən qalxır buxarı. 

Sonsuz səmalarda bulud dolaşır, 

Onun bu halına palıd alışır

Darıxır, fikr edir məğrur göylərçin? 

Qarşısına çıxır bir cüt göyərçin. 

Kol-kos arasında gələrək dilə, 

Qonur göyərçinlər qumlu sahilə. 

Onlar yaralını yaxından görcək 

Deyirlər qartala sözünü gerçək: 

“Göylər sultanısan, quşlar şahısan 

Bütöv məmləkətin qibləgahısan. 

 

Təzə məhəbbət, təzə ömür

Məğrur ol, qəm-kədər ötüb keçəndir, 

Gözün tükü-tükdən axı seçəndir. 

Dincəl qum üstündə, mamır üstündə 

Günün bürküsündə qoru özünü, 

Günəşin al-əlvan şəfəqlərindən, 

Toxu ilmə-ilmə yenə sözünü. 

Niyə sevinmirsən, fərəhlənmirsən, 

Hər kolun dibində yem var bolluca. 

Gümüşü çeşmələr axır durmadan 

Çayın kənarında qum var bolluca... 

Ye-iç, dincini al, demə ki, azdır, 

Xoşbəxt ol, qane ol düşməni azdır.”

Qartal qəmli-qəmli çəkdi dərin ah, 

Bilmədi ki, kimə aparsın pənah. 

Dedi, dəyişmərəm öz mənliyimi, 

Düşünə bilmərəm göyərçin kimi. 

Ələkbər Qubatov 

8 iyun 2014
GO BACK