Qadin.NET / Küsür gəncliyim...

Küsür gəncliyim...

 

Küsür gəncliyim...
İnsaf elə
Mən yazıgın günahı nə?
 Bu sevgidə tamahı nə?
  Bu gün belə, sabahı nə?
 İsmi-pünhan, insaf elə.

 Nə dərd gəlsə, məni tapar.
 Ürəyimi dərddən qurtar,
 Razıyam lap canı apar,
 İsmi-pünhan,insaf elə.

Sevgidimi, həvəsdimi?
 Can qurtaran nəfəsdimi?
 İlk məhəbbət tələsdimi?...
 İsmi-pünhan, insaf elə.

Yarı yalan, yarı gerçək,
 Mələk kimi gözəl, göyçək.
 Partlayacaq sənsiz ürək,
  İsmi-pünhan, insaf elə. 
 Küsür gəncliyim...
Gözəl

Su  aydınlıq, bərəkətdir

Sudan kömək uman, gözəl

Dara zülfün at sulara,

Yoxa çıxsa  guman, gözəl.

 

Su qıvrılar ilan kimi,

 Bağrın yemiş yalan kimi.

Mənim ülvi , saf eşqimi

Etdin elə dastan, gözəl.

 

Suya həsrət qalan ağlar,

Dərdin suya salan ağlar,

 Sənsiz könlüm vərəm bağlar,

Rəhmin olsun aman, gözəl.

 

Suda sevgi bitirmişəm,

Boya, başa yetirmişəm,

"Hə" kəlməsin itirmişəm,

Tapacağam haçan, gözəl?...

 

Küsür gəncliyim...
 

 

 Küsür  gəncliyim...

 

Sevgi deyən bir nemətdir,

Qəlbi yumuşaq, özü sərtdir,

Susmaq özü cinayətdir

Dillən bir söz de - inciyim.

 

Mənə dövlət lazım deyil,

Öyünmürəm - azım deyil.

Sənin eşqin, düzmü deyil,

Həm mirvarim, həm də incim.

 

Saçlarıma düşsə də qar,

Ötsə neçə payız, bahar,

Qara geysə boz buludlar

Sən olarsan sevdiciyim.

 

Günlər ötür, dolaşır ay,

 Yaş götürür  ömürdən pay.

Qocalıram subay - subay

Küsür məndən öz gəncliyim...


 (Atamın şeirlərindən...)

15 avqust 2013
GO BACK