Qadin.NET / Sirli qız

Sirli qız

Salam Qadın netlilər. Həmişə sevgidən hekayə yazırdım. Bu dəfə fərqlilik etmək istədim. Ümid edirəm bəyənərsiz. Onu da qeyd edim ki, hekayədə baş verənlər real həyatdan götürülüb.  

Sosial şəbəkədə dostlarımla söhbət edir, musiqiyə qulaq asırdım. Bir müddət keçəndən sonra bir xanımdan dostluq təklifi gəldiyini gördüm və təklifi təsdiqlədim. Onunla söhbət etməyə başladım. Söhbət edərkən bir şəhərdə yaşadığımızı öyrəndim. Ona görüşməyi təklif etdim, o, razılaşdı. Çox sevindim. 

Sirli qız

Parkın yanında onu gözləyirdim. Onu görəndə özümü itirdim. O, çox gözəl idi. Onun göy gözləri, uzun saçları məni heyrətə gətirdi. Ona aşiq  olduğumu anladım. İkinci görüşümüzdə isə ona öz hisslərim barədə danışdım. O, da məni sevdiyini dedi.

Biz bir həftə görüşdük və bir gün o, məni evinə dəvət etdi. Valideynləri işdə idi. Biz bir yerdə çox gözəl əyləndik.

Bir ay beləcə keçdi. Xəstə olduğuma görə onunla görüşə bilməmişdim. O, mənə zəng edərək mənim yanıma gəlmək istədiyini dedi. Mən qəbul etdim. Nəsə hazırlamaq istəyirdim ancaq möhkəm yuxuya getdim. Qapıya vurulan güclü zərbədən və qışqırıq səsinə ayıldım. "Aç". Mən çarpayıdan güclə qalxdım və qapıya tərəf getdim. Bu o idi.  Qapını qeyri - insani qüvvə ilə döyür və bərkdən qışqırırdı. Mənim başım çox məhkəm ağrayırdı. Qışqırıq səsi məni çox qorxutdu. Axı nə baş verirdi? Ona nə olmuşdu? 

Qapını açmaq istəyirdim ki, birdən gözüm qaraldı və huşumu itirdim.  Huşumu itirərkən sevdiyim qızın qeyri-insani səslə mənə "Əlvida"  deməsini eşitdim.

Ayıldığımda həkimi və valideynlərimi yanımda gördüm. Mənim huşsuz vəziyyətdə yerdə yatdığıma və qapıdakı çoxsaylı cızıqlara görə onlar çox qorxmuşdular.

Valideynlərim nə baş  verdiyini  soruşurdular, amma mən heç bir cavab verə bilmirdim, çünki, özüm heç nə başa düşmürdüm və başım bərk ağrıyırdı. Həkim mənə  bəzi həblər verdi, mən də yatmağa uzandım. Gecə gec ayılıb sonra yata bilməyib, narahat  idim və sevgilim haqqında düşünürdüm. Səhər ona zəng etməyə qərar verdim. Mən şokda idim, şəxsi söhbətlərdə onun nömrəsini tapa bilmədim, ismarıclar, heç nə yox idi!

Sirli qız

Mən  tez sosial şəbəkəyə daxil olub, profilimi açdım. Çox qorxdum. Belə bir insan  mövcud deyildi. Axşam mən ən yaxşı dostum ilə görüşüb,  ona  hər şeyi danışdım. O, təəccüblənmədi mənə bir şey də dedi: Bir dəfə o,  parkda məni gördüyünü və mənim özüm - özümlə danışdığımı dedi. O, mənə  yaxınlaşmaq istəyəndə isə mən gözdən itdim. Bundan sonra mən sevdiyim qızın  evinə  getdim. Ünvan yadımda idi. Evə daxil olanda quruyub qaldım şokda idim. Ora heç evdə demək olmazdı.  Köhnə mebel, hər yerdə zibil. Nəyin baş verdiyini hələ də başa düşə bilmirəm.

16 yanvar 2015
GO BACK