Qadin.NET / On iki evli kasıb insan

On iki evli kasıb insan

On iki evli kasıb insan

Günorta namazını qıldığımız məscidin həyətində qarşılaşdığım bir şəxs mənə belə bir sual verdi:

- Buralara çoxdan gələnə oxşayırsan.

- Bəli, - dedim. Yozqatdan gəlməyimdən əlli il keçib.

- Mənim də şəhərdən gəlməyim əlli ildir - dedikdən sonra dərhal əlavə etdi:

- Çox təəssüf ki, mən ağlımı işlədə bilmədim, ömrüm boşa keçdi. İnşAllah sən ağlını işlətmisən, ömürünü boşa keçirməmiş, varlanmısan!

- Anlaya bilmədim, necə yəni varlanmışam? 

 - Mən buraların əlli il əvvəlki halını bilirəm. O zamanlar bu evlərin yüksəldiyi yerlər tarla idi. Buralar asanlıqla satın alınırdı. Onun üçün deyirəm, sən erkən gəldiyin üçün ərazi alaraq yəqin ki, buralarda ev tikmisən.

On iki evli kasıb insan

- Rəbbimə şükürlər olsun, kirayədə deyiləm. Başımı salacaq yerim var. Kirayədə olsaydım, çətin olardı deyə düşünürəm, həmişə şükür edirəm. Rəbbimiz olmayanlara da lütfkarlıq etsin.

Üzümə inanmırmış kimi baxdı. Sonra soruşdu:

- Yəni sənin təkcə başını salacaq mənzilin var?

- Bəli elədir - dedim.

- Gəldiyin illərdə buralardan üç-beş tarla almısan, bəs ev tikdirə bilmədin?

- Xeyr - dedim. - İstanbula 1950-ci illərdə gəldiyim zaman elə bir düşüncəm də yox idi, imkanım da. Mən bura oxumaq üçün gəlmişdim. Məscid xarabalıqlarında qalır, oxumağa çalışırdım. Başqa məqsədim yox idi.

On iki evli kasıb insan

Dodaqlarını büzdü, dərindən nəfəs aldıqdan sonra deyinməyə başladı:

- Demək, sən də mənim kimi başına döyürsən indi!

- Xeyr -, dedim, - mən əsla başıma döymürəm. Tam əksinə, başımı salacaq bir ev lütf etdiyi üçün Rəbbimə şükür edirəm. Sən başına niyə döyürsən? Yoxsa başını salacaq bir evin yoxdur, kirayədəsən hələ?

- Yox, canım, elə şey olarmı? - dedi. - Evlərim var. Həm də ən bahalı yerlərdə. Çox təəssüf ki, heç cür irəliləyə bilmədik, on iki mənzildə ilişib qaldıq, üzərinə əlavələr edə bilmədik. Vaxtilə ələ keçən fürsətləri qiymətləndirə bilməyib on iki dairədə qaldığım üçün peşmanam.

Çaşqınlıqla soruşdum:

- Yəni on iki evin sahibi olduğun halda fürsəti qiymətləndirə bilmədim, deyirsən?

Əlini yellədikdən sonra:

- On iki ev nədir ki? - dedi. - Əslində mən on iki göydələnin sahibi olmalıydım indi.

Səbəbini də belə açıqladı:

- Mən buraların tarla olduğunu, pulsuz deyiləcək qədər ucuz satıldığını bilirəm! Amma bunu bilməyin bir faydası yoxdur indi. Ağlımı vaxtilə işlətmədikdən sonra qalarsan indi belə on iki evlə! Yumruqlayarsan başını dayanmadan...

On iki evli kasıb insan

Çox əsəbləşdim:

- Bəy əfəndi, üzr istəyirəm, - dedim. -Sənin düşüncəndən qorxmağa başladım. On iki evə sahib olmusan, hələ də xoşbəxt deyilsən. Şükür etməyin də yoxdur - deyərək getdim öz yolumla. O da sahib ola bilmədiyi göydələnlərin həsrətilə başını yumruqlayaraq getdi öz yoluyla. Yol boyunca Əfəndimiz (s.a.s)-in xəbərdarlıqlarını düşündüm: "Özü qocaldığı halda ehtirası həmişə gənc qalan Adəm oğulları vardır. Bunların iki dərə qızılı olsa, yenə doymaz və deyər ki: "Kaş ki, qızılla dolu üçüncü dərəm olaydı! Belə insanların gözünü ancaq torpaq doldurar!" 

19 mart 2014
GO BACK