Günorta namazını qıldığımız məscidin həyətində qarşılaşdığım bir şəxs mənə belə bir sual verdi:
- Buralara çoxdan gələnə oxşayırsan.
- Bəli, - dedim. Yozqatdan gəlməyimdən əlli il keçib.
- Mənim də şəhərdən gəlməyim əlli ildir - dedikdən sonra dərhal əlavə etdi:
- Çox təəssüf ki, mən ağlımı işlədə bilmədim, ömrüm boşa keçdi. İnşAllah sən ağlını işlətmisən, ömürünü boşa keçirməmiş, varlanmısan!
- Anlaya bilmədim, necə yəni varlanmışam?
- Mən buraların əlli il əvvəlki halını bilirəm. O zamanlar bu evlərin yüksəldiyi yerlər tarla idi. Buralar asanlıqla satın alınırdı. Onun üçün deyirəm, sən erkən gəldiyin üçün ərazi alaraq yəqin ki, buralarda ev tikmisən.
- Rəbbimə şükürlər olsun, kirayədə deyiləm. Başımı salacaq yerim var. Kirayədə olsaydım, çətin olardı deyə düşünürəm, həmişə şükür edirəm. Rəbbimiz olmayanlara da lütfkarlıq etsin.
Üzümə inanmırmış kimi baxdı. Sonra soruşdu:
- Yəni sənin təkcə başını salacaq mənzilin var?
- Bəli elədir - dedim.
- Gəldiyin illərdə buralardan üç-beş tarla almısan, bəs ev tikdirə bilmədin?
- Xeyr - dedim. - İstanbula 1950-ci illərdə gəldiyim zaman elə bir düşüncəm də yox idi, imkanım da. Mən bura oxumaq üçün gəlmişdim. Məscid xarabalıqlarında qalır, oxumağa çalışırdım. Başqa məqsədim yox idi.
Dodaqlarını büzdü, dərindən nəfəs aldıqdan sonra deyinməyə başladı:
- Demək, sən də mənim kimi başına döyürsən indi!
- Xeyr -, dedim, - mən əsla başıma döymürəm. Tam əksinə, başımı salacaq bir ev lütf etdiyi üçün Rəbbimə şükür edirəm. Sən başına niyə döyürsən? Yoxsa başını salacaq bir evin yoxdur, kirayədəsən hələ?
- Yox, canım, elə şey olarmı? - dedi. - Evlərim var. Həm də ən bahalı yerlərdə. Çox təəssüf ki, heç cür irəliləyə bilmədik, on iki mənzildə ilişib qaldıq, üzərinə əlavələr edə bilmədik. Vaxtilə ələ keçən fürsətləri qiymətləndirə bilməyib on iki dairədə qaldığım üçün peşmanam.
Çaşqınlıqla soruşdum:
- Yəni on iki evin sahibi olduğun halda fürsəti qiymətləndirə bilmədim, deyirsən?
Əlini yellədikdən sonra:
- On iki ev nədir ki? - dedi. - Əslində mən on iki göydələnin sahibi olmalıydım indi.
Səbəbini də belə açıqladı:
- Mən buraların tarla olduğunu, pulsuz deyiləcək qədər ucuz satıldığını bilirəm! Amma bunu bilməyin bir faydası yoxdur indi. Ağlımı vaxtilə işlətmədikdən sonra qalarsan indi belə on iki evlə! Yumruqlayarsan başını dayanmadan...
Çox əsəbləşdim:
- Bəy əfəndi, üzr istəyirəm, - dedim. -Sənin düşüncəndən qorxmağa başladım. On iki evə sahib olmusan, hələ də xoşbəxt deyilsən. Şükür etməyin də yoxdur - deyərək getdim öz yolumla. O da sahib ola bilmədiyi göydələnlərin həsrətilə başını yumruqlayaraq getdi öz yoluyla. Yol boyunca Əfəndimiz (s.a.s)-in xəbərdarlıqlarını düşündüm: "Özü qocaldığı halda ehtirası həmişə gənc qalan Adəm oğulları vardır. Bunların iki dərə qızılı olsa, yenə doymaz və deyər ki: "Kaş ki, qızılla dolu üçüncü dərəm olaydı! Belə insanların gözünü ancaq torpaq doldurar!"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Boşanmaq sağlamlığa ziyandır
Vərəmdən qorunmağın və sağalmanın yolları
Yumurtadan düzgün istifadə etməyən qız məhkəməlik oldu-NƏTİCƏ
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Abituriyentlərin nəzərinə!
Manat yenə düşdü
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
2012-ci ilin mirvari boyunbağı modelləri
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı
Bəs pulu kim ödəyəcək?
7 yaşı var, amma ağır texnikaları sərbəst idarə edir - Azərbaycanda
Nəmli və canlı dərinin təbii sirri
Hind qadınlarının gözəllik sirləri
Sellulit üçün qəhvə masajı
Rəqsi sevənlər üçün 7 film
Ən yaxşı qadın ətirləri
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Zəlzələdə 13 mindən çox adam yaralandı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Dahi yazıçının kədərli sarışını
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Külək kəsib, yağış gələcək
Kreativ duz ve istiot qabları
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Dünyanın tanınmış moda brendləri
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Albalı parfe (foto-resept)
Qısa kurtkalar və montlar
"Buraxılış vərəqəsi" verilir
Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
"Son İmperator" Bakıya gəlir
Psixoloq, yoxsa şarlatan?
Nənələrimizin cehizi - sinilər
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər
Xamada toyuq filesi (foto resept)
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Sağlam bədəndə sağlam ruh olur
Yaş hamburger (foto resept)
Azərbaycanda yeni zavod tikiləcək
Bir yerdə idman edək (1)
Boşanmaq qadınlar üçün xeyirlidir?
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ
- ŞƏRHLƏR