Divardakı yazı...
Alış-verişdən yeni qayıtmışdı, əlindəki torbaları mətbəxə apardı. Qapıda dayanan səkkiz yaşlı oğlu kiçik qardaşının gördüyü işləri xəbər vermək üçün səbirsizliklə gözləyirdi. Nəhayət: Ana mən həyətdə oynayanda qardaşım divarı yazdı. Həm də kağızını yeni dəyişdirdiyimiz divarı deyə böyük qardaş dilləndi. Ana bu sözləri eşidən kimi özündən çıxdı və: Haradadır qardaşın Tez onu bura çağır deyə qışqırdı. Əlindəki axırıncı torbanı da masanın üstünə qoyandan sonra balaca oğlunun həmişə gizləndiyi şkafa üz tutdu. Anasının səsini eşidən kimi kiçik qardaş qorxudan titrəməyə başladı. Çünki bütün bunlardan sonra başına nə gələcəyini yaxşı bilirdi...
Anası təqribən on dəqiqə divar kağızlarının nə qədər bahalı olmağından, o kağızları almaq üçün nə qədər işləmək lazım gəlməyindən danışdı. Dəqiqələr keçir, ancaq qadının səsindəki əsəbilik keçmirdi. Üstəlik, əsəbi azalmaq əvəzinə get-gedə artırdı. Sonra ana oğlunun divarı yazdığı otağa getdi. Otağa girəndə gözləri yaşla doldu. Çünki divarda böyük hərflərlə Anamı çox sevirəm! sözləri yazılmışdı. Üstəlik, bu sözlər böyük bir ürəyin ortasında idi... Ana o gündən nə divar kağızını dəyişdirdi, nə də üzərindəki yazını sildi. Boş bir çərçivə tapıb yazının üzərinə qoydu. Hər dəfə otağa girəndə dayanıb fərəhlə bu yazını oxudu...
Gəlinin peşmanlığı.
O bu evə yeni gəlin gəlmiş,elə ilk güdən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki,qayınanası ilə aralarında dava-dalaş başladı.Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.Loğman ona bitkilərdən bir zəhər hazırladı vəbunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü.Loğman heç kim şübhələnməsin deyə,qayınanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik işə başladı .Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir,təbii ki,bu yeməklərə zəhər qatmağı unutmurdu.Heç kim şübhələnməsin deyə,onunla xoş rəftar etməyə başlamışdı.Artıq qayınanasınin da ona münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı.Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.Bir gün yenə Loğmanın yanına getdi.Artıq yeganə arzusu qayınanasıni ölümdən xilax etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
-Mənim sənə verdiyim zəhər deyildi.Onun içində adi otlardan başqa bir şey yox idi.Əsl zəhər isə sənin ürəyində idi.Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi.İndi o zəhərin yerində sevgi var.