Qadin.NET / Çəltik (düyü)

Çəltik (düyü)

Çəltik (düyü)

Taxıllar fəsiləsindən birillik və ya çox illik bitki cinsi .Azərbaycanda bizim eradan əvvəl məlumdur.Orta əsrlərdə çəltikçilik Azərbaycan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tuturdu.Bu dövrdə düyü xarici ölkələrə də ixrac edilirdi.Azərbaycanda çəltiyin 50-dən çox (şabran,lənkəran,marağa,şəril,məmmədəli,vilgəciri,ənbərbu,ağgilə,sədri,reyhani,səyad və s.) sortu əkilirdi.Yetişmiş çəltik döyülüb düyüyə çevrilirdi.

Düyüdən müxtəlif plovlar ,çilov ,eləcədə ,şorba ,dovğa və s. hazırlanır.Düyü küftənin ,müxtəlif dolmaların ətinə qatılır.Düyü unundan firni ,şəki paxlavası və s. bişirilir.Düyü Azərbaycan mətbəxinə elə daxil olub ki ,mətbəximizi onsuz təsəvvür etmək qeyri mümkündü.Etnoqrafik məlumatlar və mənbələr göstərir ki ,plov və düyü xörəkləri kasıbın da varlının da gündəlik yeməklərindən olub.Çəltiyin qədimdən becərilməsi plov kimi xörəklərin tarixi Azərbaycan xalqının zəngin tarixə malik olduğunu təsdiq edir.Düyü Azərbaycan mətbəxində çox geniş istifadə edilir.Çəltikçilik mədəniyyəti babalarımızın oturaq həyat sürmələrinə dəlalət edir.Çəltik becərilməsi xüsusi suvarma sistemlərinin yaradılmasını tələb etdiyindən çəltik becərilən dövürlərdə mühəndis qurğularının hesablamalarının mövcudluğu ,şumlama və peyin üçün heyvandarlığın ,xışların düzəldilməsi üçün isə ustalığın ,sənətkarlığın vacibliyi əcdadlarımızın yüksək sivilizasiya səviyyəsində olduğuna dəlalət edir.

5 sentyabr 2011
GO BACK