Əllərinizə baxdığınızda nə görürsünüz? Sadəcə əllərim deyirsinizsə, bir refleksoloji mütəxəssisi sizə daha fərqli şeylər söyləyəcəkdir. Araşdırmalara görə, əllərimizdə bədən və zehin üzərində təsirli olan və güc qazandıran çox sayıda aktiv nöqtə var. Bu nöqtələri bilərək, sakitləşə bilər, maddələr mübadiləsini tezləşdirə ya da qəbizlikdən xilas ola bilərsiniz.
Baş barmaq
Baş barmaq, qayğı və baş ağrılarından məsuliyyətli bölgədir. Əgər əsəb ilə əlaqəli bir baş ağrısı yaşayırsınızsa, baş barmağınızı yumşaq bir şəkildə təxminən 5 dəqiqə ərzində sıxın, ağrınızın yüngülləşdiyini görəcəksiniz.
İşarət barmağı
Bu barmaq, əzələ ağrılarını və xəyal qırıqlığı, qorxu və utanç duyğularını idarə edir. Minnesota Universitetində edilən bir araşdırmada, 5 dəqiqə ərzində işarət barmağını sıxmaq, kürək və əzələ ağrıları olan insanlarda özlərini daha yaxşı hiss etmələrinə səbəb olmuşdu.
Orta barmaq
Əgər, hüzursuz, əsəbi ya da hər zamankından daha yorğun hiss edirsinizsə, orta barmağınızı sıxaraq, qan təzyiqini aşağı salaraq, sakitləşməyinizi təmin edə bilərsiniz.
Üzük barmağı
Üzük barmağınızı yumşaq bir şəkildə 5 dəqiqə ərzində sıxsanız, neqativ duyğular yox olacaqdır. Bu məşqi edərkən sakit olun və yavaşca nəfəs alın.
Kiçik barmaq
Kiçik barmaq özgüvən, stress və əsəbiliklə bağlıdır. Gərgin olduğunuzu düşünürsəniz, 5 dəqiqə boyunca masaj edin və gözəl şeylər haqqında düşünün.
Ovuc içi
Bir əlin barmaqlarını digər əlin ovuc içinə basın və dairəvi masaj edin. Bunu edərkən də üç dəfə dərin nəfəs alın. Araşdırmalar, ovuc içlərinə edilən nizamlı masajın, ürəkbulanması, stress və qəbizliyin qarşısını almağa kömək etdiyini göstərir.