Qadin.NET / Lif anbarı yaşıl mərcimək

Lif anbarı yaşıl mərcimək

 

Lif anbarı yaşıl mərcimək

        Mərcimək paxlalılar fəsiləsinə aiddir.Ümumilikdə hər bir qabığın içərisində 2-3 dənə olur.Yumru və ya oval şəklində olan bu dənələr yaşıl və qırmızı rəngdə olur. Tariximizə şahidlik edən qidalardan biridir...Yaşıl mərcimək...

 

        Xüsusilə qışda yeyilən yaşıl mərcimək ətli və ətsiz bişirilir.Asan tapıla bilən,ancaq dəyəri dadı və faydaları ilə ölçülən mərciməyin faydaları: 

       Mərcimək pəhriz lifləri yaradır,bu liflər həll edilə bilən,həm də həll edilə bilməyən liflər olaraq 2 yerə bölünür.Həll edilə bilən liflər zərərli maddələri həbs edərək bədəndən kənara atılmasına kömək edir.Bu səbəblə xolesterini idarə altına alır.

        Mərciməkdə olan həll edilə bilən liflər qan şəkərinin səviyyəsini düzəldir.İnsulin dayanıqlılığı,hipoqlikemiya ya da diyabet xəstəliklərindən əziyyət çəkənlər üçün yaşıl mərcimək məsləhət görülür.

       Həll edilə bilməyən liflər isə bağırsaq şikayətləri kimi həzimsizlik problemi yaşayanlar üçün faydalıdır. Mərcimək ürəyin dostu olan qidalardan biridir.Ürək sağlığını gücləndirən folat və maqneziyum ilə zəngindir.

       Dəmirlə də zəngin olan mərcimək xüsusilə aybaşı dövründə, hamiləlikdə və əmizdirmə dövründə qadınların dəmirə olan ehtiyacını qarşılar.

14 iyul 2011
GO BACK