Qadin.NET / Yuxuda yıxılma hissi

Yuxuda yıxılma hissi

 

 

Yuxuda yıxılma hissi

 

 

Yuxuya getdiyiz zaman yıxılma hissi ilə oyandığımız olmuşdur. Bu sıx rast gəlinən bir vəziyyətdir və insanların təxminən 70%-i yuxudan bu cür oyanmışdır. Ancaq bu vəziyyətə nəyin səbəb olduğu tam olaraq bilinmir.

Yuxuya gedərkən yaşadığımız yıxılama hissinə əzələlərimizin hərəkəti səbəb olur. Məsələn, hıcqırıq da istənməyən əzələ hərəkətidir. Yuxuya getmə müddətində əzələlərimiz hərəkət etməsi ilə bağlı fərqli fikirlər var.

 

 

Yuxuda yıxılma hissi

 

 

Yuxu sırasında bədənin funksiyasında bəzi dəyişmələr olur. Yuxunun fərqli mərhələləri var və bu mərhələlərdə bədən funksiyalarında yaranan dəyişikliklər azalır. Yıxılma hissi yuxunun bu mərhəlsində yaranır. Yıxılma hissinin oyanıq və yuxu vəziyyətləri arasındakı keçid sırasında qol və ayaq əzələlərindəki sinir hüceyrələrinin düzgün şəkildə işləməməsindən qaynaqlandığı düşünülür.

Digər bir fikirə görə isə bu vəziyyətin bəsit bir qoruyucu refleks olduğudur. Bu fikirə görə yuxusuz keçid sırasında beyin, əzələ təsirindəki  azalmanı və əzələlərin boşalmasını bədənin həqiqətən yıxılması kimi qəbul edir. Bədənin özünü qoruya bilməsi üçün əzələlərə mesaj göndərir.

Yuxu sırasında yaşadığımız yıxılma hissi normal bir vəziyyət olsa da artıq kafein istifadəsi, stress və yuxusuzluq bu hissi daha sıx yaşamağınıza səbəb ola bilər.

 

 

Yuxuda yıxılma hissi
2 may 2017
GO BACK