Yeməyi dada gətirmək üçün işlədilən şor,ağ kristal maddə.
Təbiətdə əsasən daş duz geniş yayılmışdır.Duz mühüm ərzaq növüdür və qidanın tərkib hissəsidir.İnsan orqanizmində 230 q duz olur.Duzun çatışmaması qanın qatılaşmasına,saya əzələlərin spazmasına,sinir sistemi və qan dövranı funksiyalarının pozulmasına səbəb ola biıər.Duzun artıq işlədilməsi də orqanizmdə müəyyən xəstəliklərə gətirib çıxara bilər.Mətbəxdə daş duz istifadə olunur. İri döyülmüş mətbəx duzu və narın döyülmüş ağ süfrə duzu istifadə edilir.Xalq təcrübəsi iri əzilmiş mətbəx duzuna daha çox üstünlük verir.Azərbaycanda iqlim şəraiti isti olduğundan orqanizmdə su,duz mubadiləsi qərb xalqlarından fərqli olaraq daha intensiz getdiyi üçün orqanizmin duza tələbatı daha çox olur. Ona gorə də qərb xalqları bir pay xörəyə 2 q duz, azərbaycanlılar isə 1 paya 5 q qədər duz işlədir.Duzun tamı onun tərkibində olan mikroelementlərin nisbətindən və miqdarından asılıdır.Bu baxımdan Naxçıvan duzu yumşaq hesab edilir.Mətbəximizdə duzun çox işlənməsinin bir səbəbi də budur.Qeyd etmək lazımdır ki,Naxçıvan duzu başqa duzlardan fərqli olaraq hipertoniya xəstəliyi əmələ gətirmir və bu baxımdan yaxşı duz hesab olunur.Duz təkcə xörəklərin hazırlanmasında deyil,həm də turşuların,şorabaların hazırlanmasında,ətin qaxac edilməsində, balıq məhsullarının, qurut,pendir və s. məhsulların hazırlanmasında istifadə edilir.