Simmetria, sirlilik və cazibə
Nə üçün günəş eynəkləri bu qədər cəlbedicidir sualı insanları düşündürən mövzudur, məncə. Hər halda əksəriyyətimiz bu əşyanın uyğun təyinatda istifadə etdiyimiz zaman nə qədər xeyirli olduğunu bilirik.
Elm insanlarının son araşdırmalarına görə gün eynəkləri insana süni olaraq bir çox üstünlüklər verməkdədir. Tam fərqli yanaşmada araşdırma aparan mütəxəssislər maraqlı nəticələrə gəlmişlər.
Bildiyimiz kimi insan siması tam simmetrik deyildir. Mütləq şəkildə sağ tərəf sol tərəfdən fərqlənməkdədir. Üzün belə quruluşu müəyyən qədər diskomfort yaratmaqdadır insanda. Bu səbəbdən gün eynəkləri kanfuliyaj olmaq üçün bizə yardımçıdır. Bundan əlavə simamız bizim haqqımızda bir çox bilgi verməkdədir.
Amma eynəklər üzün bir qismini örtdüyü üçün informasiyanı yarımçıq olaraq qapadır və sirliliyi təmin edir. Bu da istifadə edən insanın daha çəkici olmasını təmin edir və cazibəni meydana gətirir.
Çalışın sadə və səmimi olun. Sadəlik və səmimilik daha dayanıqlı gözəllik və cazibədir.
Astyanax mexicanus
Meksikanın sahil ərazilərində, sualtı mağarada yaşayan bu kor balığın adı latınca Astyanax mexicanusdur. Balığın görmə funksiyasının pozulduğu səbəbinin üzərində alimlərin mübahisəli hipotezləri mövcuddur.
Ən inandırıcı hipotezlərdən biri olaraq canlının yaşam mühitiylə əlaqələndirilir. Belə ki, daim qapalı və qaranlıq mühitdə yaşadığı üçün gözlərə ehtiyac duymamışdır. Zaman-zaman göz rudment orqana çevrilərək zərurətdən funksiyasını itirmiş. Görmə mərkəzinin beynin orta beyin hisəsinə düşdüyünü bildikləri üçün beyin kütləsinin nisbətində orta beynin, həqiqətən, kiçik olduğu sübut olunmuşdur.
Bundan əlavə fərziyyələrdən biri də mağarada oksigen və qida qıtlığından balıq enerji sərfiyyatını azaltmaq üçün gözlərini itirmək məcburiyyətində olduğunu güman edirlər. Belə ki, gözə malik olan canlılar ümumi istifadə etdikləri enerji miqdarının 15%-ni gözə sərf edirlər. Bu da mağara balığı üçün həyati mühüm olan enerji sayılmalıdır. Həmçinin mutasiya faktorun da rol ola biləcəyi qənaətindədirlər.
Ələddin Əsgərov