Qadin.NET / Doğru məlumatlarmı,əsassız inanclarmı?

Doğru məlumatlarmı,əsassız inanclarmı?

Qidalanma və sağlamlıq mövzusunda bir çox adamın zehinini qurdalayan bəzi suallara cavab vermək istəyirəm bu xəbərdə. Siz də bu vaxt özünüzü sınaya bilərsiniz: Baxaq doğru məlumatlaramı sahibsiniz, yoxsa əsassız inanclaramı?
Balıqla birlikdə qatıq yeyilməsi insanı zəhərləyərmi?
Xeyr, təmiz sulardan əldə edilmiş təzə balıq uyğun şəkildə bişirilib qatıqla birlikdə yeyildiyində zəhərləməz. Ancaq balıq tez xarab ola bildiyi və dənizdəki zəhərli maddələri bədənində yığa bildiyi üçün, yeyilən balıq xarab olduğu halda, qatığa da süfrədə tez-tez rast gəlindiyi üçün təsadüfü olaraq zəhərlənmə səbəbi olaraq düşünülmüşdür.

Limonun zəiflədici təsiri vardırmı?
Bədəndəki artıq kilo əksəriyyətlə yağdan meydana gəlmişdir. Limon yağı əritməz. Bunu sadə bir təcrübəylə də öyrənə bilərik. Yağın üzərinə limon sıxıb baxdığımızda limon suyunun yağa qarışmadığını görərik. Bu səbəblə limon yeyərək, limon suyu içərək bədəndəki artıq kilo atıla bilməz. 

Zeytunyağı növləri arasında kalori fərqi vardırmı?


Tipləri fərq etmədən zeytunyağında təkli doymamış yağ turşuları yüksəkdir və kalori nisbətləri eynidir. 

Qatqı maddələrinin rolu
Qidalardakı qatqı maddələri xərçəngə səbəb olarmı?
Bir çox adam qidalara qatılan kimyəvi maddələrin xərçəngin başlıca səbəbi olduğuna inanır. Halbuki bu mövzudakı araşdırmalar bütün xərçəng səbəblərinin 1 %-indən daha azının qatqı maddələrinə bağlana biləcəyini göstərir. Bəzi qatqı maddələri şiş meydana gəlməsinə belə maneə törədə bilir. Burada əhəmiyyətli olan qida yoxlamasının tam edilməsi və istehsalçılara yaxşı istehsal şərtlərinin təmin edilməsidir. 

Qida dəyərlərini salmamaq üçün qidaları çiy olaraqmı yeməliyik?
Qidaların bişirmə əməliyyatları da daxil hər hansı bir yolla istifadə edilməsi qida elementlərində bir miqdar azalmaya gətirib çıxarar. Bu qida dəyəri itkiləri tətbiq olunan istilik dərəcəsinə və müddətinin uzunluğuna bağlı olaraq artar. Çiy olaraq yeyilə bilən tərəvəz və meyvələrdən qida elementlərini və ürək, xərçəng kimi xəstəliklərdən qoruyucu maddələri daha çox alarıq. Buna qarşılıq çiy yumurta salmonella bakteriyasının, çiy ət müxtəlif bakteriya və parazitlərin, pasterizə edilməmiş çiy süd bir çox xəstəlik mikrobunun bədənə girməsinə səbəb olar.

Şəkərsiz qida kalorisizdirmi?


Tam olaraq deyil! Şəkərsiz bir qidanın tərkibində şəkər olmaz,ancaq digər karbonhidratlardan, yağdan və zülaldan ötəri kalorili olar.
 
Artıq E vitamini qəbul etmək gənc görünməyimizi təmin edərmi?
E vitamini ilə əlaqədar yaşlanma müddətini geri çevirəcək və ya dayandıracaq hər hansı bir görüş yoxdur.

Həddindən artıq su zərərlidirmi? 
Böyrəklərin çölə ata bilməyəcəyi qədər çox su toksik təsir göstərər. Ancaq su zəhərlənməsi gündəlik ehtiyacın çox üzərində içildiyi zaman ortaya çıxa bilər.

Mikrodalğa sobada bişirdiyiniz zaman yeməklərinizdə qida itkisi olarmı?
Ən uyğun bişirmə üsulunu tətbiq etsəniz belə B vitaminləri və C vitamini kimi suda əriyən vitaminlərdə bir miqdar itki meydana gəlir. Mikrodalğa sobada qidalar qısa müddətdə öz suyu ilə bişdiyindən, vitamin itkiləri bir çox üsuldan daha az olmaqdadır.
 
Quru meyvələr
Sağlamlıq baxımından quru meyvələr son dərəcə əhəmiyyətlidir. Sinir sistemini qoruyar, enerji verər, qan istehsalında möcüzələr yaradar.
Quru meyvələr, yaş meyvələrdə olan 80-95 % nisbətindəki suyun 10-20 % nisbətlərinə salınması ilə əldə edilər. Bu "qurutma" əməliyyatı, C vitamini xaricində bütün mineralları qoruyur.
8 may 2011
GO BACK