Qadin.NET / Pitaya meyvəsi

Pitaya meyvəsi

Pitaya elmi mənada Hylocereus cinsinin müxtəlif kaktus növlərindən olan (şirin pitaya) meyvəsidir. Ən mühüm və geniş yayılmış olanı da Hylocereus cinsindən olanlardır. Bundan başqa elm adamları Hylocereus cinsinin müstəqil bir cins kimi deyil, Stenocereus ailəsi içərisində göstərirlər. İngilis dilində əjdər meyvəsi Draqun Fruit adlandırılır.

Pitaya meyvəsi

İngilis dilində bu ad Asiya dillərindəki adlarının tərcüməsidir. Çin dilində "Od Əjdaha meyvəsi" və "əjdaha ləl-cəvahiratı meyvəsi", Vyetnam dilində "yaşıl əjdaha", İndoneziya dilində "əjdaha meyvəsi" olaraq da adlandırılır.

Bununla yanaşı bəzi yerlərdə çiyələk armudu kimi adlarla tanınır. Çəhrayı rəngi ilə diqqət çəkən bu meyvənin çiçəkləri həm armud, həm də kivi çiçəklərinə bənzəyir. Yüksək antioksidant və liposom tərkibli bu meyvə lif baxımından da zəngindir.

Pitaya ağacı kaktusgillərdən olub yetişdirilməsi çox diqqət və qayğı istəyən bir meyvədir.

Ağ və qırmızı rəngdə olurlar. Bu ayrı-seçkilik, əslində meyvə kəsildiyi zaman ortaya çıxan iç rəngindən bəlli olunur.

Pitaya meyvəsi

Meyvə kəsiləndə içərisində kiçik çəyirdəklər görsənir. Bu eyni ilə kivi meyvəsində olduğu kimidir.

100 ildən çox bir müddətdir Vyetnam başda olmaqla dünyanın bir çox bölgəsində yetişdirilən bir meyvədir. Əsasən Vyetnam, Kamboca, Tailand, Kolumbiya, Ekvador və İsraildə yetişdirilir.

Pitaya  meyvəsinin bir çox faydası olduğu da sübut olunmuşdur. Pitaya meyvəsinin faydaları nələrdir?

Tərkibində olan  qida və minerallar etibarilə gözlərin görmə qüvvəsini artırar. Pitaya meyvəsi yüksək C vitamini, kalium, kalsium, maqnezium və lif ehtiva edir. Yüksək təzyiqin qarşısını almaq xüsusiyyəti vardır.

Tərkibindəki kalsium sümüklər üçün çox faydalıdır. Orqanizmin rütubət nisbətini nəzarət altında saxlayır. Diabet xəstələri üçün mükəmməl bir meyvədir.

Pitaya meyvəsi

100 g pitayanın (bunun 55 qramı yeyilməli) gündəlik qida dəyərləri;

Su 80-90 q,

karbohidrat 9-14 g,

zülal 0.15-0.5 g,

yağ 0.1-0.6 g,

lif 0.3-0.9 g,

35-50 kalsiyum

6-10 mq dəmir

0.3-0 mq fosfor

Pitayalar lif və mineral baxımından zəngindir, məsələn, fosfor və kalsium. Adətən qırmızı pitayalar bu cəhətdən çox tanınırlar. Toxumları çoxlu doymamış yağ turşuları baxımından zəngindir .

26 may 2015
GO BACK