Son dövrdəki elmi məlumatlarla, kainatda görünməyən qüvvələrin, görünən qatı maddəni necə meydana gətirib-istiqamətləndirdiyini daha dəqiq və konkret olaraq görməyə başladıq. Bu güclərdən biri də "qaranlıq maddə" ilə "Qaranlıq enerjidir".Əvvəl kaiantin formasi haqqinda biraz danişim sonra əsas məsələyə keçək.
Kainatda ümumi maddə - enerji miqdarı, zaman-məkan həndəsəsini,zaman-məkan həndəsəsi də maddə və enerjinin necə davranacağını müəyyən edir. Əgər kainatda kifayət qədər maddə varsa cazibə qüvvəsi, kainat genişlənməsini bir gün dayandırıb öz üzərinə çökməsinə səbəb olacaq. Bu cür kainatın həndəsəsi, "Kürə" şəklində öz üzərinə bağlı olub sonlu amma sərhədsiz bir quruluşa malikdir. Buna görə, zaman ölçüsündə, yəni 4. ölçüdə virtual bir radiusu var (kainatı iki ölçülü kürənin səthi olaraq düşünsək, "zaman ölçüsü" kürənin səthindən mərkəzinə doğru gedən " xətt" olmaqdadır). Hər hansı bir kənarı, mərkəzi, başlanğıc nöqtəsi də yoxdur, eynilə bir şarın səthi kimi. Kainatı, şarın səthi, içindəki ulduzları, qalaktikaları də bu iki ölçülü səth üzərində iştirak edən nöqtələr olaraq düşünsək kainatın, üçüncü (yəni, dördüncü) ölçü olan "zaman ölçüsündə" bağlı olduğunu görərik. Bu kainatın bir nöqtəsindən yola çıxdığımızda (işıq sürətiylə milyardlarla il davam edəcək olsa da) təkrar eyni yerə gəlirsiniz. Belə bir kainatda zamanın, big-bang ilə bir başlanğici olduğu kimi eyni zamanda, kainatın öz içinə doğru büzülməyə başlamasıyla universal bir "qara dəliyə" çevrilərək bir sonu da vardır. Yəni, zamanın bir başlanğıcı və sonu mövcuddur.
Əgər kainatın genişləmə sürəti cazibə qüvvəsinə ekvivalentdisə, o zaman kainatın əyriliyi sıfır olar və şəkli də, "Düz (Evklid)" həndəsəsi şəklində olar. Belə bir kainatda cazibə, kainatı dayandırıb öz üzərinə çökməsinə səbəb olmasa da genişləndirilməsi sürətinin ancaq sonsuz bir zamanda dayanmasını təmin edər. Buna qarşılıq çəkilişə səbəb olan maddənin bir-birlərindən qaçma sürəti, çəkiliş gücündən çox çoxdursa, yəni gənişləməyi dayandıracaq kifayət qədər kainatda maddə yoxdursa, o zaman kainat artan bir sürətlə genişlənəcək ki, bu vəziyyətdəki kainatın zaman-məkan həndəsəsi, kürənin tam tərsi olan "mənfi" əyrilikdə (buna "Hiperbolik" və ya "Lobachevski" modeli də deyilməkdədir) açiq formasında olur (big-banga qarşi duran bu model sonsuzdan gəlib sonsuza gedən 1 kainati təsvir edir). Sahib olduğu bu əyriliyə görə yenə də virtual bir radiusu var (hiperbolik şəklin birdən çox ola biləcək formaları da vardır).
"Hiperbolik" və "Düz(Evklid)" kainatın, sonlu olmadan yenə mərkəzi, sərhədi, kənarı yoxdur və kainatın ucları da sonsuza doğru açıqdır. Heç bir şəkildə ikiyə ya da öz üzərinə bükülə bilməz. Bununla birlikdə "Evklid (Düz)" həndəsəsində iki nöqtə arasında çəkilən xətt düz ikən, "Kürə" ya da "Hiperbolik" həndəsədə iki nöqtə arasındakı düz xətt parçası əyridir.Düz kosmosda bir xəttə, o xətt xaricindəki hər hansı bir nöqtədən tək bir paralel xətt çəkilə bilərkən eyni vəziyyət, bir "Kürə" kosmos üzərində heç bir şəkildə çəkilə bilinməz. "Hiperbolik" kosmosda isə belə bir xəttə, sonsuz sayda paralel xətt çəkmək mümkündür. Əlbəttə bu paralel xəttlər düz xətt deyil, əyri xətlərdir
"Kürə" şəklindəkizaman-məkanda, iki paralel şüa dəstəsi göndərdiyimizdə bu şüalar milyon yada milyardlarla işıq ili uzaqlıqdakı bir nöqtədə birləşir, kesişir. Bu həndəsi kainat səthinə bir üçbucaq ilə (r) radiuslu bir çevrə çəkmiş olsaq üçbucağın daxili bucaqlarının cəmi, 180 dərəcədən böyük (elə ki, hər üç bucaq 90 dərəcə də ola bilməkdədir), çevrənin uzunluğu isə, 2 (pi) r dən kiçik olardı. Buna qarşılıq mənfi əyriliyə sahib hiperbolik zaman-məkan həndəsəsində isə, yenə belə məsafədəki bir nöqtədə, şüalar bir-birlərindən uzaqlaşmağa başlar. Bu həndəsədəki üçbucağın daxili bucaqlarının cəmi da, 180 dərəcədən kiçik, belə bir çevrənin uzunluğu isə, 2 (pi) r dən böyük olardı.Düz kainatda də bu şüalar sonsuza qədər paralellik vəziyyətini qoruyarlar. Buna qarşılıq Evklid (düz) kosmos üzərindəki bir üçbucağın daxili bucaqlarının cəmi, 180 dərəcəni, (r) radiuslu çevrə uzunluğu da 2 (pi) r-i göstərəcək.
Ardı var...
Namiq Süleymanov