Gülüş-immuniteti möhkəmləndirir, bizi stresslərdən qoruyur və qanda xöşbəxtlik hormonları olan endorfinlərin miqdarını artırır.
Elmi cəhətdən sübut olunmuşdur ki, hər dəfə biz gülərkən, orqanizmdə qocalma prossesləri ləngiyir. Bir sözlə, tez-tez gülün və cavanlığınızı uzadın. Təbabət baxımından gülüş sağlamlığın qorunması və xəstəliklərin profilaktikası üçün əla vasitədir.
Nə qədər ucadan gülürüksə, orqanizm bir o qədər aktiv şəkildə antitellər hasil edərək, müxtəlif infeksiyalara qarşı daha davamlı olur.
Səbəbli və səbəbsiz gülüş min bir dərdin dərmanıdır.Bunun ən azı 6 əsas izahı var.
*Gülüş zamanı immunitet möhkəmlənir, ürək-damar sisteminin vəziyyəti yaxşılaşır, hipertoniklərin təzyiqi normallaşır.
*Gülüş qarın əzələlərini yığılmağa və boşalmağa vadar edir ki, bu da mədə və bağırsağın işini normallaşdıraraq, orqanizmdə şlaklar, toksinlər və "pis" xolestrinin daha tez xaric edilməsinə imkan yaradır.
*Hər təbəssüm ürək və baş beyinin qan təchizatını canlandırır, ağ ciyərlərin ventilyasiyasını yaxşılaşdırır, üz dərisinin daha yaxşı nəfəs almasına kömək edir. Nəticə-görünüşünüz heyranedicidir.
*Gülən zaman , xüsusən də, uzun müddət kompüter monitoru qarşısında oturmalı olan insanın kürək boyun əzələləri boşalır.
*Gülüş kədəri unutmağa kömək edir, depressiyadan xilas edir, yalnız ruhun deyil fiziki formanın da əla qalmasına imkan yaradır.
*Və yeri gəlmişkən, çox gülən insanlar allergiya və ya digər dəri səpkilərinə daha az məruz qalır.
Üzünüzdən gülüş heç vaxt əksik olmasın!