Nar Azərbaycan torpağının ən qədim nemətlərindən biridir. Narda həm həyat şirəsi, həm də günəş qaynarlığı var. Ona görə də xalq təbabətində narı min bir dərdin məlhəmi hesab edib, şəfa mənbəyi adlandırıblar. Narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə , assuriyalılara ,yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər.
Azərbaycan ərazisində onun öz vətəni- yurdu var .Qarabağda , Ağdamın yaxınlığında Şelli kəndi ,Şirvan torpağında isə Göyçay arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Gəncəçay ərazisindən miladdan öncə VI – V minilliklərə aid nar ağacının qabığı aşkar olunmuşdur.Narın ümumiyyətlə 300 – dən çox növü məlumdur. Bunlardan da 200 - ə qədəri yalnız Azərbaycanda becərilir. Narın növündən asılı olaraq meyvələri şirin – turş və turşaşirin olur. İndi respublikamızda gülöyşə ,balmürsəl ,vələs ,qırmızıqabıq ,nazikqabıq ,şahnar ,qırmızı mələz ,şelli mələzi ,şirin və s. nar növləri yetişdirilir. Nar qidanın yaxşı həzm olunmasını təmin edir , iştahı artırır. Zəifə qüvvət, qan, şəfa, gözə işıq verən nar xalq arasında “Can məlhəmi”adlanır.
Azərbaycan milli mətbəxi üçün səciyyəvi olan narşərabdan plov , tikə kabab , lülə kabab , balıq kababı yeməklərində iştaha artıran və tam verici kimi istifadə edirlər.