Qadin.NET / Əgər nəqliyyat vasitələri sizi tutursa

Əgər nəqliyyat vasitələri sizi tutursa

Əgər nəqliyyat vasitələri sizi tutursa

  Siz də maşın tutması problemi yaşayan bir çox insan kimi yaz tətili üçün bir tərəfdən həyəcanlanarkən digər tərəfdən edəcəyiniz səfəri və yol boyunca yaşayacağınız çətinlikləri düşünüb əsəbiləşirsinizmi? İndidən stressə girməyi bir kənara buraxın və öhdəsindən gələ biləcəyiniz təkliflərimizə qulaq asın. 

Maşın tutması nədir və buna nə səbəb olar?

  Maşın tutması xüsusilə gəmi və avtomobil səfərlərində ortaya çıxan baş gicəllənməsi, ürək bulanması, tərləmə, əl və ayaqlarda üşümə kimi çətinliklərlə seyr edən bir narahatlıqdır. Otonom sinir sistemi içində iştirak edən vagus sinirinə aid bir balanssızlıqdan ötrü ortaya çıxır. Maşın tutması əsnasında yaşanan əldən düşmüşlüyə hətta irəli ölçülərində şüur itkisinə belə yol aça bilən bulanma, baş gicəllənməsi kimi çətinliklər əslində vagus sinirinin şiddətli bir şəkildə xəbərdar edilməsindən qaynaqlanır. 

Bunun qarşısını necə almaq olar?

  Bu çətinliyi yaşayan bir çox insan ürək bulanmasını minik vasitələrinin tutmasını önləyən dərmanlara müraciət edir. Bu da bir həlldir, amma dərmanların təsiri keçincə çətinliklər yenidən ortaya çıxa bilir. Bu da əgər uzun bir səfərə çıxacaqsınızsa, birdən çox dərman almağınız lazım olduğu mənasına gələr. Halbuki sadə bir, iki nöqtəyə diqqət yetirərək maşın tutmasının gətirib çıxardığı çətinlikləri önləyə bilər. Heç olmasa, təsirlərini yüngülləşdirə bilərsiniz. 

Əgər nəqliyyat vasitələri sizi tutursa

    Əvvəlcə səfərdən əvvəlki axşam yediklərinizə diqqət yetirin. Yüngül və yağsız yeməkləri seçin və mütləq yuxunuzu alın.

    Səfərə çıxmazdan əvvəl mütləq bir şeylər yeyin. Ac qarınına səyahət etmək yalnız bu problemi yaşayanların deyil bir çox insanın mədəsinin bulanmasına gətirib çıxarar.

    Səfər edəcəyiniz vasitənin çox yellənməyən yerini özünüzə ayırın. Əgər avtomobil ilə səyahət edəcəksinizsə, ön oturacağa, gəmi isə orta qisiminə, qatardadırsa, gediş istiqamətində bir kresloya oturun.

    Özünüzə içinə çox az şəkər qatdığınız bir su hazırlayın. Səfər müddətində bu suyu az-az amma tez-tez qurtumlayın.

    Siqaret, qəhvə və duzlu yeməklərdən qan dövranı sisteminizi pozacağı üçün uzaq durun!

    Nəqliyatı nizamlı olaraq havalandırın. Əgər  avtomobildirsə, şüşəsini tez-tez açaraq təmiz havanı içinizə çəkin. Əgər gəmi ilə səfər edirsinizsə, göyərtəyə çıxın. Təmiz hava və sərinlik sizə yaxşı gələcəkdir.

    Başınızı sürətli və çox hərəkət etdirməməyə çalışın, hətta mümkündürsə, uzaq və sabit bir nöqtəyə baxmağa çalışın.

    Maşın tutmasından qaynaqlanan çətinliklər ortaya çıxmağa başladığında bədəninizin müəyyən nöqtələrinə masaj edin. Sinənizin altı ilə mədənizin üstündə, yəni sinə sümüyünün alt ucunu göbəyə bağlayan xəttin tam ortasına əlinizlə çox yüngülcə, amma uzun müddət basdırın. 

    Nəqliyyat vasitəsi sizi tutursa, kitab oxumayın və gözlərinizlə izləyəcəyiniz şeylərdən uzaq durun.

27 iyun 2014
GO BACK