Qadin.NET / Acun İlıcalı

Acun İlıcalı

Acun İlıcalı 1969-cu il may ayının 29-da Türkiyənin Ədirnə şəhərində anadan olmuşdur. İlk təhsilinə Ədirnə İstiqlal orta məktəbində başlamışdır. Kadıköy Maarif Kolleci orta bölümünü və Kadıköy Anadolu Liseyini bitirdikdən sonra İstanbul Universitetinin ingiliscə müəllimlik bölümünə daxil olmuşdur. Ancaq məktəbdə oxumayıb televiziyanı seçmişdir.

Acun İlıcalı

On doqquz yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. İyirmi bir yaşında olarkən, qızı doğulduqdan doqquz ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır. İkinci evliliyi isə 2003-cü ildə Zeynəb adlı xanımla olmuşdur. Bu evliliyindən isə Leyla və Yasəmən adlarında iki qız uşaqları olmuşdur.

Acun İlıcalı

1995-ci ildə ilk ticarətinə başlamış, ancaq soradan iflas etmişdir. Bir dostunun vasitəsilə İlkər Yasinlə tanış olmuşdur. İlıcalının futbola olan marağını görən İlkər onu seçmə oyunlara dəvət etmiş və bacarığına baxmaq istəmişdir. Müxbirkən futbolçularla səmimi olub, rəngarəng proqramlar ərsəyə gətirib, ulduzluq zirvəsini qət edərək daha sonra Şansal Böyükanın qrupuna dəvət almışdır. Daha sonralar özünə aid bir veriliş açmağa və bu veriliş sayəsində dünyanı gəzməyə qərar vermişdir. O bu anadək düz yüz beş ölkə gəzmişdir.

Acun İlıcalı

2005-ci ildə "Acun Media" adlı prodakşn şirkətini qurmuşdur. "Fear Factor", "Survivor", "Yetenek sizsiniz", "O səs Türkiyə", "Varmısın, yokmusun", "Yok böylə dans" proqramlarının yaradıcısı, münsifi və aparıcısı olmuşdur. Bundan başqa, Uğur Dündarın aparıcısı olduğu "Yoxsa röyamı?" və Behzat Uyqurun aparıcısı olduğu "Söylə, söyləyə bilirsən?" proqramlarının ssenarisi də Acun İlıcalı tərəfindən yazılmışdır.

Acun İlıcalı

İlıcalı 2007-ci ildə Kadıköy Maarif Kolleci və Anadolu Liseyi Məzunlar dərnəyi tərəfindən "Kristal Marti" ödülünə layiq görülmüşdür.

O, təkcə Türkiyədə deyil, bir çox ölkələrdə tanınır və sevilir. Aparıcısı olduğu bütün verilişlər hər kəs tərəfindən çox böyük həvəslə izlənir.

8 mart 2014
GO BACK