Acun İlıcalı 1969-cu il may ayının 29-da Türkiyənin Ədirnə şəhərində anadan olmuşdur. İlk təhsilinə Ədirnə İstiqlal orta məktəbində başlamışdır. Kadıköy Maarif Kolleci orta bölümünü və Kadıköy Anadolu Liseyini bitirdikdən sonra İstanbul Universitetinin ingiliscə müəllimlik bölümünə daxil olmuşdur. Ancaq məktəbdə oxumayıb televiziyanı seçmişdir.
On doqquz yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. İyirmi bir yaşında olarkən, qızı doğulduqdan doqquz ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır. İkinci evliliyi isə 2003-cü ildə Zeynəb adlı xanımla olmuşdur. Bu evliliyindən isə Leyla və Yasəmən adlarında iki qız uşaqları olmuşdur.
1995-ci ildə ilk ticarətinə başlamış, ancaq soradan iflas etmişdir. Bir dostunun vasitəsilə İlkər Yasinlə tanış olmuşdur. İlıcalının futbola olan marağını görən İlkər onu seçmə oyunlara dəvət etmiş və bacarığına baxmaq istəmişdir. Müxbirkən futbolçularla səmimi olub, rəngarəng proqramlar ərsəyə gətirib, ulduzluq zirvəsini qət edərək daha sonra Şansal Böyükanın qrupuna dəvət almışdır. Daha sonralar özünə aid bir veriliş açmağa və bu veriliş sayəsində dünyanı gəzməyə qərar vermişdir. O bu anadək düz yüz beş ölkə gəzmişdir.
2005-ci ildə "Acun Media" adlı prodakşn şirkətini qurmuşdur. "Fear Factor", "Survivor", "Yetenek sizsiniz", "O səs Türkiyə", "Varmısın, yokmusun", "Yok böylə dans" proqramlarının yaradıcısı, münsifi və aparıcısı olmuşdur. Bundan başqa, Uğur Dündarın aparıcısı olduğu "Yoxsa röyamı?" və Behzat Uyqurun aparıcısı olduğu "Söylə, söyləyə bilirsən?" proqramlarının ssenarisi də Acun İlıcalı tərəfindən yazılmışdır.
İlıcalı 2007-ci ildə Kadıköy Maarif Kolleci və Anadolu Liseyi Məzunlar dərnəyi tərəfindən "Kristal Marti" ödülünə layiq görülmüşdür.
O, təkcə Türkiyədə deyil, bir çox ölkələrdə tanınır və sevilir. Aparıcısı olduğu bütün verilişlər hər kəs tərəfindən çox böyük həvəslə izlənir.

XƏBƏR LENTİ
Kivi mürəbbəsi (foto-resept)
Məşhur müğənninin səsi batdı
Azərbaycan ulduzu: bax, aktrisa budur
Hava necə olacaq?
Bir az dəbli olaq
Ən Çox qazanan ulduzlar-SİYAHI
"Santa Run" başladı-Hər kəs küçələrdə-FOTO
Bakıya yağış yağacaq
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Kəs və yapışdır-58
Sabah Bakının bu rayonlarında qaz OLMAYACAQ
Qasırğa ABŞ - Meksika sərhədindəki divarı məhv etdi - VİDEO
Tariflər ucuzlaşdı
"Özünü kəşf et!" - 6
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
Bir həftəyə 7 kq arıqlamanın yolları
BÜRCLƏR bizə nə vəd edir? - 5 MART
Mənim dünyam
Sürücü xanımlara bəzənmək olmaz
Əllərimiz hansı xəstəliklərdən xəbər verə bilər?
Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi
Dırnaq boyası çəkən məşhur kişilər
Ekspress avtobusların dayanacaq məntəqələri təyin olundu
Şagird və tələbələri maraqlandıracaq proqnoz
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi
Ermənilərə məxsus 2 PUA məhv edildi
Canavarı tapana - 30 min avro mükafat veriləcək
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Xoşbəxt cinsi həyat üçün 6 addım!
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Darçınlı alma ruleti (foto-resept)
Van Qoqun sui-qəsd silahını satışa çıxartdılar
Aktrisa ayrılıq xəbərlərindən danışdı
Aleyna Tilki reklam üçün 1,5 milyon aldı-VİDEO
Azərbaycanda sənaye sahəsində 7700 daimi iş yeri yaradılacaq
İlhamə Quliyevanın adına şərab buraxıldı - “Madonna of Azerbijan” - FOTO
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Kişilər, ata olmaq üçün bunları edin!
HAVA necə olacaq?- 27 APREL
Yeni şirkətlərə 1,6 milyard dollar
Koronavirusla bağlı son STATİSTİKA
Dəridəki çuxurlar üçün maska
Dövrümüzü tənqid edən şəkillər
İspan dili 25-ci dərs
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Pekində 42 illik rekord yeniləndi
Məşhur ailə villanı sata bilmir - FOTO
Yaddaş şkalasında yeriniz
İsrail və Qəzza atəşkəsi beş gün müddətinə uzatdılar
İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

- ŞƏRHLƏR