Qadin.NET / Sevimli dibçəyim - beqoniya

Sevimli dibçəyim - beqoniya

Sevimli dibçəyim - beqoniya

Bu gözəl güllərlə hər kəs öz evini bəzəmək istəyər. Bu bitkinin vətəni Cənubi Amerikadır. Beqoniyaya dəniz səviyyəsindən 3000-4000 m hündürlükdə tropik və subtropik meşələrdə rast gəlinir. Asiyada bu bitkiyə Himalay dağlarının şərqində, Hindistanın cənub dağlarında, Malay arxepelaqında və Şri-Lankada təsadüf olunub. 18-ci əsrin sonunda ingilis ovçuları Pero və Boliviyaya yeni zanbaq növləri tapmaq üçün gəliblər. Beqoniya onları heyran qoyub və tezliklə bu bitki bütün Avropaya yayılmağa başlayıb. Hal-hazırda beqoniyanın 1000-ə kimi təbii sortu, bir o qədər də hibridi mövcuddur.

Klassik Beqoniya Reks - ən qeyri-adi maskalanmaya malikdir. İri məxməri, qırmızı damarlı yarpaqları bitkiyə rütubətli tropik meşələrdə hündür ağacların altından günəş şüalarına çatmaq üçün lazim idi. Onun yarpaqları müxtəlif forma və fərqli naxışlı olur və hamısı da son dərəcədə gözəl və ekzotik görkəmə malikdir. Yaponların rəvayətinə görə, o, yerdən aşiq olmuş qızın göz yaşlarının sayəsində çıxıb. Ona görə də bu bitkiyə romantiklərin çiçəyi də deyirlər.

Beqoniyaların xarici görünüşü çox müxtəlifdir. Birillik və çoxillik ot bitkisidir. Ot bitkisi çox kiçik, hədsiz böyük, dairəvi, çiyələk şəkilli yarpaqlara, dırmaşan və ya sürünən gövdəyə malikdir. Bitkinin adı Qaitinin qubernatoru Mişel Beqoniyanın şərəfinə belə adlandırılıb. Mişel Beqoniya 17-ci əsrdə Santa Dominqoda yaşamışdır və bitkiləri hədsiz çox sevirdi, onun kolleksiyası dünyanın müxtəlif yerlərindən gətirdiyi nadir və ekzotik bitkilərdən ibarət idi. 1687-ci ildə fransiz bioloq və monarxı Şarlem Plume elmi ekespedisiya qrupu ilə birgə bitki toplamaq məqsədilə Antil adalarına səyahət edir. Mişel Beqoniyanın kolleksiyasında bu bitkini görərək heyran olur və 1690-ci ildə o, dostunun şərəfinə bitkini beqoniya adlandırır.
Beqoniyaya  1820-ci ildə fransızların Moskvada çıxarılması ilə ruslar özlərinə məxsus ad da qoydular - "Napoleonun qulağı".
Bitkinin özəlliklərindən biri də onların rahat çoxaldıla bilməsidir: həm kök, həm gövdə, həm yarpaq , həm də toxum vastəsilə rahatlıqla çoxaldılır. Bitkinin daima gözoxşayan olması üçün ona düzgün qulluq lazımdır. Bitki düşdüyü mühütə asanlıqla uyğunlaşır. Beqoniya üçün ən ideal şərait +13, +25 dərəcədir. Beqoniya suya olan tələbatını özü təyin edir, bu zaman onun şux yarpaqları aşağıya sallanmış olur. Beqoniya üçün rütubətin də daima eyni vəziyyətdə qalması əsas şərtlərdəndir.

Beqoniyanın hədsiz sayda növləri var və onların da hər biri yarpağının, çiçəyinin, gövdəsinin quruluşu, rəngi ilə bir-birindən fərqlənir. Gəlin bu gözəlliklərə bir yerdə baxaq.

Beqoniya Rex

Sevimli dibçəyim - beqoniya

Burulğanı xatırladan yarpaqlara ağ zolaqlar daha xoş görünüş qatır.

Sevimli dibçəyim - beqoniya

İri çəhrayı yarpaqlar içindən boylanan incə bir beqoniya çiçəyi.

Sevimli dibçəyim - beqoniya

P.S. Anamın beqoniya reksin turşməzə yarpaqlarını qoparıb yeməyi xoşlayırdıq biggrin

Beqoniya Semperflorens

Sevimli dibçəyim - beqoniya

Tünd çəhrayı yarpaqlar evin dizaynına qeyri-adilik bəxş edir.

Sevimli dibçəyim - beqoniya

Eyni bitki olsa da, çiçək və yarpaqlarının bu qədər fərqli olması möcuzə deyilmi?

Sevimli dibçəyim - beqoniya

Dibçəkdəki bu gözəl beqoniya evlərinizə romantik nəfəs gətirəcək.

Beqoniya Escargot

Sevimli dibçəyim - beqoniya

Beqoniyanın növbəti möhtəşəm görüntüsü.

Sevimli dibçəyim - beqoniya
Sevimli dibçəyim - beqoniya

Evinizi daima çiçəklərlə bəzəyin, onlarla söhbət edin. Bəli, bəli söhbət!!! O zaman həm sizin əhvalınızın necə yüksələcəyini, həm də çiçəklərinizin günü gündən gözəlləşəcəyinin şahidi olacaqsız. give_ros

7 dekabr 2013
GO BACK