Qadin.NET / Dünya mətbəxi - Meksika

Dünya mətbəxi - Meksika

Dünya mətbəxi - Meksika 

Meksika mətbəxi acı sousları və ədviyyatlarıyla türk mətbəxinə çox yaxındır. Kiçik, quru, acı bibərlər, acı souslarla bişirilmiş paxla, qarğıdalı və qarğıdalı unundan hazırlanmış xəmir işləri, tortilla və taco, fajita ilk ağla gələnlərdir. Meksika mətbəxinin simvolu tortilladır. 

Dünya mətbəxi - Meksika

Tortillanın keçmişi çox uzaq tarixlərə söykənir. Maya əfsanəsinə görə, ilk tortilla bir kəndli tərəfindən ac kralın qarnını doyurmaq üçün hazırlanmışdır. Adını ispanca "yumru tort" mənasını verən "torta" sözündən alan tortilla qarğıdalı və ya buğda unundan hazırlanan kiçik, incə, yumru bir lavaşdır. Çörək əvəzinə hər yeməklə yeyilir. Tortillalar yalnız çörək kimi deyil, üstü müxtəlif vəsaitlərlə bəzənərək pizza kimi, eyni zamanda qatlanıb içi müxtəlif vəsaitlərlə doldurularaq da yeyilir. Beləcə, tortilla içindəki məmulatlar sayəsində yeni-yeni adlar alır: tamale, flauto, buritto, ya da quesadilla.

Dünya mətbəxi - Meksika

Tamale Meksikada olduqca məşhur olan bir yeməkdir. İçinə qırmızı və yaşıl bibər qoyularaq hazırlana bilər. Şirin olanı da hazırlanır. Toyuq, ət və ya meyvələr banan yarpağına və ya qarğıdalı qabığına bükülərək hazırlanır. 

Tortilla hər tərəfi bağlı şəkildə bükülərək hazırlanır. Yəni silindr şəklində iki ucu da qıvrılır, içinə qovrulmuş ət, ya da toyuq, qara paxla, plov, pomidor, kahı və sous qoyularaq yeyilir.
Dünya mətbəxi - Meksika

Quesadilla - içində az qala hər şeyin olduğu, yumşaq tortilladan hazırlanan börəkdir. Ətli, toyuqlu və ya pendirli ola bilər, amma ümumiyyətlə toyuqla olanı daha çox sevilir. Tomat, acı krem və acı bibərlə süfrəyə verilir. 

Dünya mətbəxi - Meksika

Enchilada - qarğıdalı unundan hazırlanmış tortillanın içinə ət, toyuq və ya pendir qoyulur. Sousu içindəkilərə uyğun olaraq seçilir.

Meksikada gənc qızlar illərini mükəmməl tortilla hazırlamağın sirlərini öyrənməklə keçirirlər. İndiki vaxtda tortillalar köhnə zamanlardakı reseptlərlə hazırlanır, tək bir fərqlə: artıq meksikalı qadınların yerini maşınlar almışdır... 

Dünya mətbəxi - Meksika

 

Dünya mətbəxi - Meksika 

Taco - Tortilladan hazırlanan yeməklərin ən məşhuru olan taconu hazırlamaq üçün tortilla ikiyə bölünüb içinə kahı, sürtkəcdən keçirilmiş pendir, yaşıl bibər və pomidor qoyulur. Yumşaq və ya kövrək ola bilən tacolar içlərinə qoyulan vəsaitlərə görə də müxtəlif adlara malikdir.

10 noyabr 2013
GO BACK