Qadin.NET / İnternetdə sevgi tapmağın yolları

İnternetdə sevgi tapmağın yolları

 

Bilməyiniz lazım olan ilk şey

İnternetdə tanış biriylə görüşmək bir az cəsarət, düşüncə və planlaşdırma tələb edir. Bu yazıda doğru insanı necə tapacağınıza dair sizə köməkçi ola biləcək məsləhətlərlə qarşılaşacaqsınız. Sonunda qazanacağınız mükafat, xüsusi biriylə tanış olacaq xoş bir görüş ola bilər.

Vaxtınızı boşa xərcləməyin

 qədər detallı profil məlumatı doldursaz, özünüzü tanıtmaq bir o qədər asan olacaq. Bu səbəbdən sizə cavab verilməyən bir çox saytda vaxt itirmək yerinə, detallı bir araşdırma edərək sizə cavab təmin edən saytları seçməlisiniz.

Pullu saytları göz ardı etməyin
Bir çox pulsuz yoldaşlıq saytı mövcud olmasına baxmayaraq ödəniş istəyən saytları da göz ardı etməyin. Unutmayın, ucuz ətin şorbası olmaz deyərlər. Bütün bunları planlaşdırarkən pulunuzu saxtakar saytlara qapdırmayın. Kiçik saytlar, əlaqələrinizə qarşılıq verən birini tapmanız baxımından daha faydalı və zəhmətsiz ola bilər. Dürüst olun . Özünüz haqqındakı məlumatları paylaşarkən normalda olmadığınız biri kimi davranmaq, etmədiyiniz halda sizə "gözəl" gələn şeylər yazmaq qulağa xoş gələ bilər, lakin nə olursa olsun yalan danışmayın. "Dürüstlük, güvən və bütünlük" anlayışları mütləq anlayışlardır. Bu anlayışlar insanların axtardığı xüsusiyyətlərin ən başında iştirak edir və unudulmamalıdır ki, söylədiyiniz çəhrayı bir yalan belə sizə mənfi olaraq geri dönə bilər. Paylaşdıqlarınıza diqqət yetirin . Söyləmək istədiklərinizi ilk görüşdə dilə gətirib tələsik etməməkdə fayda var. Bundan başqa seksual fotoşəkillərinizi, xüsusi sənədlərinizi və ya kiçik sirlərinizi yaxşı tanımadığınız bir adamla paylaşmamağa diqqət yetirin.

Gizliliyinizi qoruyun

Heç bir zaman xüsusi və fərdi məlumatlarınızı paylaşmayın və əsla kimsəyə pul göndərməyin. İnstinktlərinizə qulaq verin, əgər pis bir təəssürata qapılırsınızsa əlaqənin davam etməsinə icazə verməyin. Saxtakarlıqlara aldanmayın. İnternetdən görüşmək bir çox insan və təşkilat tərəfindən bir reklam ünsürü olaraq da istifadə edildiyi üçün ola biləcək saxtakarlıqlara qarşı diqqətli olmalısınız. Rədd etmək və rədd edilməyə hazır olun. Fərdi olaraq birindən "xeyr" cavabı almaq ehtimalı qarşınızdakı adamın maraq sahəsinə girmədiyinizi göstərər. Eyni zamanda siz də insanlara "görüşmək istəmirəm" və ya "xeyr" deməyi bacarmalısınız. Əks halda istəksiz getdiyiniz bir görüş kabusa çevrilə bilər.

26 fevral 2016
GO BACK