Türkmən mətbəxi ətə və tərəvəzlərə əsaslanır. Bundan başqa bu mətbəxdə düyüdən çox istifadə edirlər. Türkmənlər xüsusilə plovları ilə məşhurdur.
Bu mətbəxdə çörəyin də çox əhəmiyyətli bir yeri vardır. Çörəyin südlü, yumurtalı, yağlı, "Petir çörəyi" kimi dəyişik növləri var.
Türkmənlər gündə üç dəfə yeyirlər. Ənənəvi yemə vərdişini qorumuş olan xalq, səhərlər ümumiyyətlə pendir, yumurta, kərə yağı, cem və bal yeyir, süd və çay içirlər.
Günorta yeməyində salat, şorba, qızarmış və ya qaynadılmış ət yeyən türkmənlərin axşam yeməkləri isə çox yüngüldür.
Türkmənistanda bölgələr arasında mətbəx vərdişləri dəyişir. Məsələn, "Çerçer" bölgəsində ət və meyvə çox yeyirlər. Xəzər dənizi sahillərində isə ətdən çox balıq yeyirlər. Aşqabad bölgəsində də yenə bol ətli yeməklər hazırlayırlar. Yarma ilə bişən ət, plovlar, şiş kabablar və dolmalar türkmənlərin ən əhəmiyyətli yeməkləridir .
Türkmənlər cümə axşamları ölülərin ruhu üçün plov bişirir. Dua oxuyaraq itirdikləri sevdiklərini xatırlayırlar və onların xatirələrinə plov yeyirlər.
Türkmənlərin ən ləzzətli içkisi "Çakıf" dedikləri üzümdən edilən bir içkidir. Ayrıca müxtəlif konyakları da vardır.
Türkmənlər də axşamçağı mütləq çay içirlər, çayın yanında ümumiyyətlə quru və ya təzə üzüm və mürəbbə yeyilir. Yeməklərdən sonra isə yaşıl çay içilir. Türkmənlər çayı çox sevir və çox da içirlər. Ümumiyyətlə çayı "çaylık" dedikləri bir çaydanı ortaya gətirərək bitənə qədər içirlər.
Yemək əsnasında isə daha çox ayran içir və qatıq yeyirlər. Türkmənlər ayranı dəvə südündən də edirlər. Bu ayran digərindən daha ləzzətli və qiymətlidir. Qonaqlarına xüsusilə dəvə südündən hazırlanmış ayran təklif edirlər. Dəvə südünün xamasını isə səhər naharda yeyirlər.
Türkmənlərin gündəlik yeməklərində şirniyyat yemə vərdişi yoxdur. Şirniyyat yerinə təzə və quru meyvə yeyirlər.
Türkmənlər şirniyyatı xüsusi günlərdə hazırlayırlar. Xüsusilə bu şirniyyatları toy kimi mərasimlərdə bişirirlər. Bu şirniyyatlardan ən məşhur olanları "Şekşeki" və "Fold"dur. Xüsusilə toylarda gəlnin yoldaşları tərəfindən bişirilən "Şekşeki" yüngül bir xəmir şirniyyatıdır. Qız evləndikdən 40 gün sonra ailəsinin evinə qatlama aparırlar. Kürəkənin qohumları o gün əlaqələr şirin olsun deyə" Fold" edərək qız evinə aparırlar. Qızın ailəsi də qızlarını ziyarətə gedərkən yenə "Fold" aparır.