Qadin.NET / Dünya mətbəxi - Yunanıstan

Dünya mətbəxi - Yunanıstan

Dünya mətbəxi - Yunanıstan

Tarix boyunca dəyişsə də, yunan mətbəxi öz əsrarəngizliyini saxlamışdır. Yeməklərində xaricdən gətirilən ədviyyatlardan istifadə etməyə üstünlük veririlər.

Türk və İtalya mətbəxindən bəhrələnən yunan mətbəxində əsasən zeytun yağı, tərəvəz və ədviyyatlar başlıca yer tutur. Balıq və zeytun yağını çox işlətdikləri üçün yeməklərinin sağlam olmasını deyə bilərik. Yunanıstan bir-birindən ləzzətli zeytun ağaclarına sahib olduğu üçün dünyanın öndə gedən zeytun yağı istehsalçısıdır. Kərə yağı və marqarin onların mətbəxlərinə sonradan daxil olub.

Dünya mətbəxi - Yunanıstan

Yunan mətbəxi üçün balığın əhəmiyyətli bir qida olduğu artıq məlumdur. İçkini də çox sevdikləri üçün çox ləzzətli qəlyanaltıları da süfrələrindən əskik olmaz. Qəlyanaltı mədəniyyətləri olduqca inkişaf etmişdir. Qəlyanaltılar arasında ən çox üstünlük verilənlər - ızatsika, dolmades, yarpaq dolması, zeytun, darama salat və akalamaridir.

Quru paxlanı çox sevirlər. Çörəkdən az istifadə edirlər. Yunanların süfrəsində hər cür şorba görmək olar. Pendir və kartof qızartmasını süfrələrindən əskik etməzlər. Salatlarında isə  radika və selino adlı bitkidən istifadə edirlər. Türklərlə olan ən əhəmiyyətli ortaq nöqtələrindən biri də yeməkdən sonra türk qəhvəsi içmələridir.

Yunan mətbəxi Yunanıstanın bölgələrinə görə fərqlidir. Məsələn, Makedoniya və Peloponez mətbəxində həm ortaq, həm də bir-birindən fərqli yeməkləri çoxdur. Ortaq xüsusiyyətləri isə balıqdan hər ikisinin çox istifadə etməsidir.

Dünya mətbəxi - Yunanıstan

Səhər yeməklərini çox sevmədikləri üçün qəhvə, meyvə və ya bir az pendirlə keçinirlər. Bal və çay kimi ləzzətlər qəlyanaltılarında mütləq olur. Yunanların əsas yeməyi günorta yeməyidir. Məsələn, şənbə və bazar günləri günorta yeməklərində ailələr bir yerə toplanar. Nahar yeməyinin menyusunda pita (yunanların xüsusi çörəkləri), yanında limon və yumurtayla hazırlanan turş bir sousla bişirilən ət, balıq və ya tərəvəzlə hazırlanan klassik yemək olur. Bazar günləri və ya xüsusi günlərdə isə ətdən hazırlanmış müxtəlif dolmaları və ya sobada quzu ləzzətini seçirlər.

Yemək və şirniyyatlardan kişmiş, quru əncir, badam, zəncəfil, zəfəran və portağaldan istifadə edirlər. Pita çox sevilir. Ən ləzzətli şirniyatlarından biri də çox uzaq tarixdən bəri onlarla olan südlü börəkdir. Paxlava yunanların da çox sevdiyi şirnyyatlardandır.

7 sentyabr 2013
GO BACK