Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur.
Samosa:
Şimali Hind mətbəxinə aiddir. Üçbucaq və ya aypara şəklində açılmış xəmir içi ədviyyatlı kartof, qiymə və soğan ilə doldurulmaqla hazırlanır. Süfrəyə nanəli sousla verilir.
Rasgulla:
Pendirlə hazırlanmış top şəkilli şirniyyata verilən addır.
Sandesh:
Süd, Hindistan qozu və şəkərlə hazırlanan şirniyyatdır.
Rasabali:
Şərq Hind mətbəxinə xas şirniyyatdır. Süddən və qəhvəyi xüsusi pendirdən hazırlanır.
Dosa:
Karbohidrat və zülal baxımından zəngin, gözləməyə bənzəyən bir xəmir işidir.
Puri:
Bitki mənşəli yağlarla hazırlanan duzlu bir çörək növüdür.
Idli:
Yaşıl mərcimək və düyü ilə hazırlanan keksdir.