Qadin.NET / Dünya mətbəxi - İtaliya

Dünya mətbəxi - İtaliya

 

Dünya mətbəxi - İtaliya

İtalyan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir. İtalyan mətbəxinin tarixi e. ə. IV əsrə qədər uzanır. XVIII əsrdə Amerika qitəsindən gətirilən tərəvəz və meyvələr sayəsində böyük bir dəyişikliyə məruz qalmışdır. İtalyan mətbəxi bölgələrə görə dəyişilir. Tərəvəz və xəmir işləri ( makaron və pizza) daha çoxluq təşkil edir. Pendir və şərab İtalyan mətbəxinin əhəmiyyətli elementləri arasındadır. Qəhvə ( xüsusilə də espresso) İtalyan mətbəxində əhəmiyyətli bir yer tutar.

Dünya mətbəxi - İtaliya

 İtalyan mətbəxində hər pay ən az 3-4 qab yeməkdən ibarət olur. Yeməklər yalnız doymaq üçün deyil ailə və dostlarla vaxt keçirmək məqsədi ilə yeyilir. Ona görə də yeməklər digər mədəniyyətlərə görə ümumiyyətlə daha uzun vaxt davam edir. Hətta, bayramlarda və ya toylarda yeməklər saatlarla davam edə bilər. Gündəlik yeməklər ümumiyyətlə daha sadədir -  birinci qab ( Primo), ikinci qab ( Secondo), əlavə yemək ( Contorno) və qəhvədən ibarət olur. İtalyan yeməklərinin digər yeməklərdən əhəmiyyətli bir fərqi də makaron və plov kimi doyurucu yeməklərin digər yeməklərdən əvvəl xidmət edilməsidir.

Primo ( Fettucine tərzi makaron)
Aperitivo
( Aperitif) adətən yeməklərdən əvvəl məzə kimi servis edilir. Campari, Cinzano, Prosecco, Aperol, Spritz və Vermouth kimi içkiləri də var.
Antipasto
Yeməkdən əvvəl mənasını verir. 
Primo
Dünya mətbəxi - İtaliya
İlk qab mənasını verir. Ümumiyyətlə makaron, risotto, gnocchi, polenta və ya şorba kimi isti bir yeməkdir.
Secondo
İkinci qab mənasını verir. Balıq və ya ət kimi ana yeməkdir. İtaliya mətbəxində ənənəvi olaraq süd danası əti, donuz əti və ya toyuq əti çox istifadə edilir. II dünya müharibəsindən sonra dana əti də yayılmışdır.
 Contorno
Əlavə yemək isə salat və ya bişmiş tərəvəzlərdən ibarət olur.
Dünya mətbəxi - İtaliya
Dolce
Şirin tort və ya peçenyelərdən ibarət olur.
Caffe
 Qəhvə
Digestivo
Yeməklərdən sonra içilən likör, Amarok, limoncello, Sambuca, nocino kimi spirtli içkilərdir.
24 sentyabr 2013
GO BACK