Qadin.NET / Zaqatalamızın sərvətləri

Zaqatalamızın sərvətləri

Bu gün mən sizə qoz, fındıq və şabalıd haqqında məlumat verəcəyəm. Onları sevməyən insan yoxdur.  Məlumdur ki, qoz, fındıq, şabalıd Zaqatalada daha çox yetişir. Bugün də sizinlə məhz qoz, fındıq və şabalıq haqqında dəyərli məlumatları bölüşmək istəyirəm.

Fındıq:

Fındıq yüngül, ətirli, dadlılığına görə yeyinti sənayesində isdifadə olunur. Axır 20 ildə dünyada fındıqdan isdifadə 2 dəfə çoxalıb. Fındıq –tam və xırda, qızardılmış və qovrulmuş halda konfetlərin, şirniyatların, tortların hazırlanmasında isdifadə olunur. Fındıq payız aylarında yetişir və yığımı bir aya kimi çəkir.

Tərkibi:

Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan olein-linol turşularından təşkil olunmuşdur.

Əhəmiyyəti:

Fındıq insan üçün enerji mənbəyidir. 100 qr fındıq ləpəsi 639 kkal enerjiyə malikdir. Həmçinin yüksək faizli zülalla da (16%-dən 19%-ə qədər) zəngindir. B qrupunun vitaminləri və E vitaminini təşkil edir.

Qoz:

Qoz, qışda yarpağını tökən ağacdır. Qozun insan orqanizmi üçün faydası olduqca çoxdur. Qoz da fındıq kimi şokoladlarda, tortlarda və s. kimi yeyinti məhsullarında isdifadə olunur. Hətta qozdan yeməklərdə də isdifadə olunur. Zaqatalamızda çox gözəl, çox dadlı qozlu aş da bişirilir. Qoz çox yağlıdır. Qozun tərkibi yod ilə zəngindir. Qozdan təbabətdə də çox isdifadə edilir. Bağırsaqları yumşaldır. Orqanizmi təmizləyir. Qoz ilə saçınıza maska da etsəniz saç tökülməsinin qarşısını alar. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etsəniz ağızdakı yaraları, damaq və diş qanamasını müalicə etmiş olarsınız. Təzə qoz yarpağını alına sürtmək baş ağrısını kəsir. Qoz yağı həm də əsəb sinirlərini sakitləşdirir. Hələ qoz mürəbbəsini demirəm.

 



Şabalıd:

Şabalıd Qafqazda, Zaqafqaziyada geniş yayılmışdır. Şabalıd Azərbaycanda xüsusilə Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məhşurdur. Şabalıd aprel-may aylarında yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Şabalıdın meyvəsi oktyabr-noyabr aylarında yetişir. Meyvəsi tikanlı gərzəkdir. Yetişəndə gərzək ayrılır və içində 2-3 ədəd şabalıd olur.

Şabalıd ağacı 20-25 yaşında bar verir. 100-150 il ömür sürür. Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır. Azərbaycanda şabalıd müxtəlif yeməklərdə isdifadə olunur.

12 avqust 2013
GO BACK