Qadin.NET / İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)

İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)

 

Əziz Qadın.Netlilər! İtlər haqqında bəzi məlumatları keçən dəfə (xəbərimin 1-ci hissəsində) sizə təqdim etmişdim. Söz verdiyim kimi ikinci hissəni də sevə-sevə hazırladım. Aranızda evdə və ya həyətdə it saxlayan istifadəçilər də olmamış olmaz. Məsləhətlərim sizə kömək ola bilər. Odur ki, gəlin birlikdə oxuyaq. love

 

1. Bala itlər dünyaya gələndə kor, kar və dişsiz olurlar.

2. Araşdırmalara görə guya it sahibləri telefonda itləri ilə danışırlar. biggrin

3. Rəngləri görə bilməyən bəzi insanlar kimi itlər də rəngi ayırd edə bilmir. İşıq zəif olanda gözləri daha yaxşı görür.

4.Sürü halında ikən itlər qovmağı və ov etməyi daha yaxşı bacarırlar. Bir sürünü təşkil etmək üçün 2 it kifayət edir.

5. İtlərdə burun izi insanlarda barmaq izləri kimidir. İtlər burnundan tanınırlar.

6. Dünyada ən çox it ABŞ-dadır, ikinci yeri isə Fransa tutur.

7. Qeyd edilir ki, dünyada 400 milyon it var.

8. Bir it qulağını hərəkət etdirmək üçün 188.242 əzələdən istifadə edir.

9. İtlərin ən inkişaf etdiyi hissi toxunmadır. Pəncə daxil olmaqla itin bütün bədəni toxunmaya qarşı çox həssasdır.

 

İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)

 

10. Bir it insandan 4 dəfə çox uzağı eşidə bilir.

11. Dünyada ən çox itə sahiblik edən şəxs (5000 it) Kubla Kahn adındakı bir adamdır.

12. İtlərin üzünə baxanda nə qədər çox yaşayacağı bəlli olur. Uzun burunlu, canavara oxşayan itlər digər itlərə nisbətən uzunömürlü olur.

13. Əgər qeysəriyyə yolu ilə bala it doğulursa və anasına verilmədən öncə təmizlənirsə, ana itlər bu balalarına bəzən yaxın durmurlar. :)

14. Alma və armud toxumları içində bir qədər arsen (mərgümüş) adlı maddə var ki itlər üçün zəhərli və ölümcül ola bilər.

15. Az miqdarda təzə üzüm və kişmiş itlərdə olan böyrək xəstəliklərinə gətirib çıxara bilər.

16. Bununla yanaşı şokolad, bişmiş soğan və ya tərkibində kofein olan qidalar itə ziyandır (Yadıma gəlir, biz uşaq olanda kənddə itə qənd verirdik, bir bəh-bəhlə yeyirdi, sonra da gedib qıraqda yediyini qaytarırdı lol, yazıq it no ). Ümumiyyətlə şirin şeylərdən itinizi uzaq tutun.

 

17. Qədim Misir mədəniyyətində itlər son dərəcədə hörmətli hesab olunurdular. İt sahibləri itləri öldüyü zaman günlərcə yas tuturdular.

18. İtlərin tər vəziləri yoxdur, onlar pəncələrindən tərləyirlər.

19. Dırnaqlarına diqqət edin. Uzun dırnaqlar itinizə narahatlıq yarada bilər, ona görə də bu işi baytar həkiminə həvalə edin.

20. “Get, gətir!” İtinizlə oyun oynayın. Xüsusilə də “get, gətir” oynunu itlər çox sevir. Bu oyuna görə it üçün olan oyuncaq topları ala bilərsiniz.

21. Gəmirə biləcəyi oyuncaqları alın. Bir şeyi gəmirmək itlərin stressini azaldır. Bəli, gülməyin, itlərdə də stress halı olur. Dişlərini qaşıya biləcək oyuncaqlar və sümüklər alın.

 

22. 15 gündən bir mütləq iti yuyun. Çünki gün ərzində havadakı tozlar itin tüklərinin arasına girərək dərisinə yapışır. Havasız qalan dəri infeksiyalara yol açır. Ona görə də yay aylarında bir çox itlərdə bədənin müxtəlif yerində yaralar olur.

Gəlin müxtəlif it cinslərinə bir yerdə baxaq. biggrin

Qafqaz çoban iti

 İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)

Alman çoban iti 

Poitevin 
İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)
Lapphund
Mastiff 
İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)
Komondor
Amerikan eskimo
Papillon
İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)
İtalyan tazısı 
Tosa 
İtlər haqqında bilmədiklərimiz (2-ci hissə)

Bəyəndiniz, əziz istifadəçilər? love Xəbərin davamı olsun?biggrin 

5 may 2013
GO BACK