Özünüzü daxilən narahat hiss edirsiniz?O zaman sadəcə təbəssüm edin.Ele həmin an azacıq da olsa qəmginliyiniz itəcək.Sanki hec olmamış kimi.Təbəssüm etməyə çəkinməyin.Bununla həyatınızın və sağlamlığınızın necə dəyişəcəyinə heyrətlənəcəksiniz.Gözel,xoş təbəssüm ona gorə əhəmiyyətli deyil ki,o təkcə insanların əhvalını qaldırır.Çox təbəssüm edib gülümsər olan insanlar az agrıyır və depressiyanın nə olduğunu bilmirlər.O həm də sakitleşdiricidir.Gülmək xoşbəxtlik hormonu olan endorfini oyadır.Hətta siz bu yaxınlarda nəyəsə ürəkdən güldüyünüzü bir anlıq xatırlasanız əhvalınız düzələcək.Gülüş dərini təravətləndirir.Əgər siz tez-tez gülürsünüzsə o zaman dərinizin təravətləndirilməsi üçün müalicəvi-kimyəvi prosedurlari yadınızdan çıxarda bilərsiniz.Ona görə ki gülüş dərinin əzələlərini hamarlaşdırır və qan dövranını yaxşılaşdırır.
Gülüş həm də infeksiya ilə mübarizə aparmaga kömək edir.Belə ki bir dəqiqə ürəkdən gülmək bədəni bir çox virus və bakteriyalardan qoruyan "antitel"i nəfəsalma orqanlarına ötürür.O həmçinin immuniteti güclendirərək bir çox xəstəliklərlə,xüsusilə də xərçənglə mübarizədə böyük rol oynayan leykositlərin bədəndən cıxarılmasına yaxından kömək edir.
Gülmək-insanın daim formada qalmaıinı təmin edir.Belə ki, siz gülərkən daha cox oksigen sərf olunur və bu da urəyin işləməsini və qanın ürəkdə dövranını tamamilə tənzimləyir.Gülərkən bədənimizin orqanları sanki massaj olunur ve onların daha effektiv işləməsinə şərait yaradır.Hətta bir saat ərzində gülmək bədənde 500 kalorinin yandırılmasına səbəb olur.Gülüşə təbbəsümə ciddi yanaşın.Qarşınıza çox ciddi məqsəd qoyun-hər gün gülmək təbii ki həddində ) Hesab edin ki gülüş vitamindir.Hansı ki müntəzəm olaraq hər gün qəbul etməlisiniz.Axşam divanda uzanaraq ən sevdiyiniz komediyani izləyin.Şən rəfiqənizlə telefonda ünsiyyətdə olun. Unutmayın təbəssüm bir şey deyil amma insana çox şey verir.Hec bir varlı təbəssümsüz yaşayacaq qədər zəngin və heç bir kasıb təbəssümlə varlanacaq dərəcəsində deyil.Odur ki təbəssümü gülüşü simanızdan əskik etməyin.Biz xanımlara da ancaq bu yaraşır)