Qadin.NET / Tək-tənha

Tək-tənha

Bəzən insanın həyatında gözlənilmədən baş verən dəyişikliklərdən sonra özünü şəraitin qurbanı  kimi hiss edir və tənhalığa çox ağrılı davam  gətirir, məsələn, inciyir, özünü günahkar bilir, cəzalanmaq və ya bağışlanmaq istəyir, depressiyaya düşür. Amma tənhalıq həm də “faydalı” qəbul edilməlidir.  Yəni belə vəziyyətdə heç kəs ona yaradıcılıqla məşğul olmağa,  biliklərini artırmağa mane olmur, əksinə, səsdən-küydən, vurnuxmalardan dincəlməyə, özündəki qüvvəni bərpa edib baş verənləri götür-qoy etməyə imkan yaradır.

Tək-tənha

Tənha olanda daha yaxşı əsərlər yaratmaq olur və bunun da öz səbəbləri var: tək qalanda özümüzə daha dərindən nəzər salır və doğrunu, gözəlliyi, ruhumuzu tapa bilirik. Bir çox dahi filosoflar gündəlik gəzintiyə çıxır və məhz bu zamanda dərin fikirlər onları tapırdı. Ən yaxşı yazılar da bəzən təklikdə yaranır.

Dözülməz dərd

Bəzi kişi və qadınlar müvəqqəti olsa da tənhalığa (saat, gün) dözə bilmirlər. Bir müddət  tək qaldıqdan sonra narahatlıq hiss edir, təklikdən qurtulmaq üçün yollar axtarırlar, məsələn, tanışlarına zəng edirlər, təsadüfi görüşlər axtarırlar, kədər ya qəzəbini başqaları ilə bölüşürlər. Bu, daha çox uşaq reaksiyasına bənzəyir: yanında bir başqasını görməyən, danışmaq, şənlənmək, ünsiyyətə girmək üçün heç kəsi tapmayan uşaq tək qaldıqda ağlayır, inciyir.  

Tək-tənha
       Tənhalığın növləri

Situativ tənhalıq- hərdən hiss edilən tənhalıq duyğusudur, şəxsi münasibətlərin pozulması nəticəsində yaranır. 

 Xroniki tənhalıq- insanın uzun müddət  kişi və qadınlarla münasibət yaratmaq qabiliyyətinin olmaması. 

Bir qayda olaraq situativ  tənhalıq yaşayan  kişi və qadınlar öz ünsiyyət  modelini dostları ilə müzakirə etdikdən sonra yeni qarşılıqlı münasibətlər yaratmağa hazır olur. Onlar yeni tanışlar və münasibətlər axtarmağa başlayır. Axı bu,  insanların həyatda qoşa gəzmək, sevmək və sevilmək arzusudur. Belə insanlara özünə inamın qaytarılması və şəxsi münasibətlərin yenidən qurulması kömək edir. 

Xroniki tənhalıqdan  qurtulmaq üçün yenə də özünə inamı bərpa etmək  gərəkdir. 

Tənhalığın faydaları:

- Düşünmək üçün vaxt qazanırıq;
- Özümüzü daha dərindən tanıyırıq;
- Daxilimizdəki şeytanlarla rastlaşır və onlara müqavimət göstəririk;Yaradıcılıq üçün vaxt tapırıq;
- Rahatlıq tapmaq və dincəlmək üçün genişlik tapırıq;
- Öz hərəkətlərimiz haqqında düşünmək və bunlardan nəticə çıxarmaq üçün zaman qazanmış oluruq;
- Başqalarının təsirindən  ayrı olmaq öz səsimizi tapmağa kömək edir;
- Sükut bizə  səs-küy zamanı itən xırdalıqları dəyərləndirməyə kömək edir. 

5 mart 2013
GO BACK