Qadin.NET / Yuxular ağrı-acıları silir

Yuxular ağrı-acıları silir

Yuxular ağrı-acıları silir

Araşdırmalar yuxuların görüldüyü REM yuxu mərhələsinin ağrılı-acılı xatirələri unutmağa köməkçi olduğunu ortaya qoyub.

Belə ki, aparılan araşdırmada iştirakçıları iki qrupa ayıraraq, onlara kədərli görüntülər izlədiblər. Bu əsnada təcrübədə iştirak edənlərin beyinlərinin şəkilləri çəkilərək, onların hansı bölgələrinin fəaliyyətə keçdiyi müşahidə edilib.

Hər iki qrupa da eyni görüntülər təxminən 12 saat sonra təkrar göstərilib və yenə beyinlərinin şəkilləri çəkilib.

Gecə yatdıqdan sonra görüntülərə yenidən baxanlarda, beynin duyğularla əlaqədar hissəsindəki fəaliyyətin təcrübədəki digər insanlardan az olduğu və bu qrupda beynin şüurlu düşünməklə əlaqədar hissəninin fəaliyyətinin daha yüksək olduğu təsbit edilib.

Elm adamları REM yuxusundakı kimyəvi dəyişikliklərin bu nəticəyə gətirib çıxardığını təxmin edirlər. REM yuxusunda stresslə əlaqədar olan noradrenalin hormonu nisbətinin əhəmiyyətli ölçüdə azaldığı bilinir.

26 mart 2012
GO BACK