Qadin.NET / Xəyanətə məruz qalan qadın nə etməlidir?

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Özünüzü sıxmayın, ağlayın

Sevgiliniz tərəfindən xəyanətə məruz qaldınızsa, özünüzü sıxmayın. Ağlamaq istəyirsinizsə, doya-doya ağlayın. Bəzi duyğuların açığa çıxması sizi rahatladacaq və daha sağlam düşünməyinizə kömək edəcək. Ağlamaqdan utanmayın. 

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Yazmayın, üz-üzə danışın

Xəyanət etdiyini öyrəndikdə telefonla mesaj yazmaq və zəng etmək yerinə onunla görüş təyin edin. Ürəyinizdən gələn hər şeyi üzünə deyin. İstədiyiniz kimi danışın. 

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Qəbul edin

Xəyanətə məruz qalmaq hər qadın üçün ağrıvericidir. Nə qədər çətin olsa da, bu halıqəbul etməli və ona görə davranmalısınız. Özünüzə yas tutmaq üçün müəyyən vaxt təyin edin. Əgər kədərinizi vaxtında yaşamasınız bu böyük problemlərə yol aça bilər.

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Əsəb

Kədərləndiniz, əsəbləşdiniz. Bunların hamısını demək və danışmaq üçün əsəblərinizin sakitləşməsini gözləyin. O dəqiqə qışqırmaq, sosial mediada dəyişikliklər etmək və o anın əsəbi ilə reaksiya vermək sizi yanlış yola sala bilər.

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Sağlam qidalananın

Unutmayın hər şeydən əvvəl sizin sağlamlığınız gəlir. Stress sağlamlığınıza zərər vurur. Kədərli olduğunuz üçün qeyri-sağlam qidalara üz tutmayın. 

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Dostlarınızın hər şeyi bilməyinə ehtiyac yoxdur

Başınıza gələn bu halı ən yaxın dostunuzla paylaşmaq təbiidir. Fəqət hər detalı bilməklərinə ehtiyac yoxdur. Bir gün barışmaq istəsəniz, bu sözləri xatırlayacaqsınız. Qərarınız nə olsa da, mühakimə etməyən birinə danışın.

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

Bağışlayın və yaşadıqlarınızdan dərs çıxarın

Səhvlərinizi gözdən keçirin. Növbəti münasibətinizdə daha diqqətli olmağa çalışın. Bağışlamaq onunla yenidən barışmaq mənasına gəlmir. Bu əslində qəlbinizdə kin saxlamamaqdır. Bu rahatlığı özünüz üçün etməlisiniz. Ümidinizi itirməyin.

Xəyanətə məruz qalan qadın nə etməlidir?

 

 

 

30 noyabr 2018
GO BACK