Qadin.NET / Özünüzə nə qədər inanırsınız?(Test)

Özünüzə nə qədər inanırsınız?(Test)

Özünüzə nə qədər inanırsınız?(Test)

Əziz Qadin.Netlilər, aşağıda gördüyünüz test məhz özünəinam hissinin həddini bilmək üçündür.  Təbii ki, hər birimiz müəyyən məqam və məsələlərə dair özümüzə inanırıq. Bu inam sayəsində daha iradəli və daha məqsədli qərarlar alıq, addımlar atırıq. Belə isə bu testdən keçin və cavabları rəy yerində yazın. 

1. Ümumiyyətlə...

A) Çox utancağam.

B) Bir az utancağam.

C) Utancaq deyiləm.

 

2. Ümumiyyətlə...

A) Sevilən bir adam deyiləm.

B) Az sevilən adamam.

C) Çox sevilən adamam.

 

3. Gördüyüm bütün işləri...

A) Demək olar ki, həmişə çox pis görürəm.

B) Bəzən pis görsəm də, bəzən yaxşı görürəm.

C) Demək olar ki, heç vaxt pis görmürəm.

 

Özünüzə nə qədər inanırsınız?(Test)

 

4. İstədiyim bir şeydən...

A) Demək olar ki, çox vaxt imtina edirəm.

B) Bəzən imtina etsəm də, bəzən imtina etmirəm.

C) Demək olar ki, heç vaxt imtina etmirəm.

 

5.Dərs danışmağa qalxanda...

A) Bildiklərimi danışmaqda çox vaxt çətinlik çəkirəm.

B) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.

C) Bildiklərimi danışmaqda heç vaxt çətinlik çəkmirəm.

 

6. Dostlarım arasındakı oyunlarda...

A) Demək olar ki, heç vaxt iştirak etmirəm.

B) Bəzən iştirak etsəm də, bəzən iştirak etmirəm.

C) Demək olar ki, həmişə iştirak edirəm.

 

7. Hər hansı bir yarışda iştirak etməyi...

A) Demək olar ki, heç vaxt istəmirəm.

B) Bəzən istəsəm də, bəzən istəmirəm.

C) Demək olar ki, həmişə istəyirəm. 

Özünüzə nə qədər inanırsınız?(Test)

8. Haqsızlığa mərz qalanda...

A) Demək olar ki, haqqımı heç vaxt müdafiə etmirəm.

B) Bəzən müdafiə etsəm də, bəzən müdafiə etmirəm.

C) Demək olar ki, haqqımı həmişə müdafiə edirəm.

 

9. Mənə hər hansı bir məsuliyyət vermək istədikdə...

A) Demək olar ki, heç vaxt qəbul etmirəm.

B) Bəzən qəbul etsəm də, bəzən qəbul etmirəm.

C) Demək olar ki, həmişə qəbul edirəm.

 

10. Hər hansı bir qərar qəbul etməkdə...

A) Demək olar ki, həmişə çətinlik çəkirəm.

B) Bəzən çətinlik çəksəm də, bəzən çətinlik çəkmirəm.

C) Demək olar ki, heç vaxt çətinlik çəkmirəm.

 

Cavab:

C-bəndi çox olarsa: Verdiyiniz cavablardan özünüzü ifadə edə bilən, həmişə müsbət düşünə bilən, bir sözlə özünəinamı yüksək olan bir insan olduğunuz başa düşülür. Əsas diqqət yetirməli olduğunuz məsələ özünəinamla təkəbbürü bir-birinə qraışdırmamaqdır. Əgər bu tarazlığı həmişə qoruya bilsəniz, həyatda  da həmişə uğur qazanacaqsınız. Uğurlaq!

B cavabı çox olarsa:

Suallara verdiyiniz cavablardan belə məlum olur ki, çox ciddi bir özünəinam problemi yaşamasanız da, az da olsa, bu problemlə qarşı qarşıyasınız. Ona görə də, ilk növbədə, bir qərar qəbul etdərkən çox diqqətli olmalısınız. İkincisi isə qəbul etdiyiniz qərarları tətbiq etməkdə çox təmkinli olmalısınız. Beləliklə, özünüzə olan inamın daha da artacağını görəcəksiniz. Uğurlar! 

A cavabı çox olarsa:

Başqalarının  bizim haqqımızda dedikləri təriflər və ya tənqidlər bizə təsir göstərir. Məsələn əgər biz haqqımızda tərif eşitsək, sevinir, tənqid eşitsək, kədərlənirik. Halbuki, tənqid də öz-özlüyündə  qərəzli və qərəzsiz olmaqla iki cür olur. Təbii ki, əgər tənqid qərəzsizdirsə, bu əslində bizim üçün faydalıdır. Ancaq söhbət ikinci tənqiddən gedirsə, əlbəttə ki, bu zərərlidir. Ən azı ona görə ki, belə tənqidlər zaman keçdikcə insanda özünəinamı itirməsinə gətirib çıxarır. Ona görə də başqalarının bizim haqqımızdakı qərəzsiz tənqidlərini dinləməli, ancaq qərəzli tənqidlərini qulaq ardı etməliyik.

26 yanvar 2016
GO BACK