Qadin.NET / Yaxşı duruş üçün 4 sadə test

Yaxşı duruş üçün 4 sadə test

Duruşla bağlı bir çoxlarının problemi var, hətta fitnes məşqçilərinin belə.

Amerikada Buil Lean tanınmış fitnes mərkəzinin məşqçisi Mark Perri etiraf edir ki, biomexanika seminarında bir çox kolleqalarının da duruşla bağlı problemlərinin olduğu aydın olandan çox təəccüüblənib. O, 4 sadə test təklif edir ki, siz də duruşunuzdakı səhvləri müəyyən edib onları aradan qaldırasınız. Bu məşqlər onurğanın korreksiyası üçündür.

Duruşdakı I problem: Pəncənin qiperpronatsiyası (çökmə)

Yaxşı duruş üçün 4 sadə test

Necə yoxlamalı: əlləri pəncənin hər iki tərəfində 2 sm olmaqla, şəkildə göstərildiyi kimi qoymaq lazımdır. Topuğunuzu elə gərin ki, hər iki əllə eyni səviyyədə olsun. Sonra sərbəst vəziyyət alın. Əgər onlar güclü çökəcəksə, demək sizdə pəncədə qiperpronatasiyadır.

Səbəb: artıq çəki, hamiləlik, düzgün seçilməmiş ayaqqabı, müntəzəm ağır yük (hündürdaban ayaqqabıda gəzmək). Bütün bunlar ayaq pəncəsini zəiflədir.

Təsiri: qiperpronasiya topuğa kifayət qadər ağırlıq verir, baldır əzələlərini sıxır və diz qapaqları üçün ziyanlıdır. Tədricən bu plantar fastiidə və digər ayaq problemlərinə gətirib çıxara bilər.

Həlli: Əgər bu artıq baş veribsə, ortopedə müraciət etmək və xüsusi ayaqqabı və müalicə kursu keçmək lazımdır. Əgər şişkinlik təzə başlayıbsa, əzələləri möhkəmləndirmək üçün qaçış  və yeriş hərəkətləri yerinə yetirmək lazımdır. Amma yenə də əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.

Duruşdakı II problem: Kürəyin yuxarı hissəsinin əyriliyi (kifoz)

Necə yoxlamalı: sizin kimsə profildən şəkilinizi çəksin. Əgər şəkildə görsəndiyi kimi kürəyin yuxarı hissəsi 40-45 dərəcədən çox əyilirsə, bu kifozdur. 

Səbəbi: oturaq həyat tərzi, məsələn: ofisdə kompüter arxasında işləmək.

Təsiri: əyilərək kompüter arxasında oturaraq biz sinə əzələlərini sıxmış oluruq, bu da kifozun yaranmasına səbəb olur. Duruşa cavabdeh, kürəyin yuxarı hissəsinin əzələləri tədricən zəifləyir.

Həlli: tenis topunu sinə səviyyəsində tutaraq videodakı hərəkətləri yerinə yetirmək.

Duruşdakı III problem: Bükülmüş qədd.

Yaxşı duruş üçün 4 sadə test

Necə yoxlamalı: karandaşla test edin. Əllər gövdə istiqamətində durun və hər əlinizə bir qələm götürün. Əgər onlar irəli istiqamətlənibsə, hər şey qaydasındadır. Əgər onlar biri-birinə və ya künclərə baxırsa, bu əyrilikdən xəbər verir.

Səbəb: oturaq həyat tərzi və sinə əzələlərini möhkəmləndirmək üçün edilən ağır məşqlər.

Təsiri: əyilərək kompüter arxasında oturmaqla biz sinə əzələlərini sıxırıq,bçiyinlər əyilir və qozbellik əmələ gəlir. Duruşa cavabdeh əzələlər zəifləməyə başlayır.

Həlli: topla edilən həmin masaj hərəkətləri kömək edir.

Duruşdakı IV problem: Başın önə əyilməsi

Necə yoxlamalı: Kimdənsə sizi profildən şəkməyi xahiş edin. Şəkildə görsəndiyi kimi çiyinin çıxıntılı sümüyü ilə (birləşik akromioklavikular) qulaq məməciyi eyni səviyyədə olmalıdır. Əgər qulaq  məməciyi irəli çıxırsa, sizin duruşla bağlı probleminiz var. 

Səbəbi: Kompüter ekranının qarşısında əyilərək oturmaq.

Təsiri: boynu təşkil edən əzələlər və kürək əzələləri güclü sıxılmaya məruz qalır.

Həlli: İlk olaraq düzgün oturuş qaydasını öyrənin: kürək düz, baş azacıq arxaya əyilmiş, baxış önə olmaqla. İkincisi müntəzəm olaraq çiyinlərinizi və kürəyin yuxarı hissəsini masaj edin. Bunlar boyun əzələlərini sakitləşdirir.

23 mart 2016
GO BACK