Bu test sizin yaddaş şkalasında harada olduğunuzu anlamağınıza köməkçi ola bilər. Verəcəyiniz hər "Bəli" cavabı üçün özünüzə 1 bal verin.
• Yaddaş problemi yaşayırsınızmı?
• Diqqətinizi bir işə cəmlədikdə çətinlik çəkir və tez-tez fikriniz qarışırmı?
• Çox yaxşı tanıdığınız birinin adını unutduğunuz olurmu?
• Çox vaxt keçmişlə əlaqədar bəzi detalları xatırlayıb, ancaq dünən nə etdiyinizi unutduğunuz anlar olurmu?
• Həftənin hansı günündə olduğunuzu unutduğunuz olurmu?
• Bir şeyləri axtarmağa çalışıb sonradan nə axtardığınızı unutduğunuz olurmu?
• Ailənizdən kimsə və ya da dostlarınız sizin əvvəlkinə nisbətən daha unutqan olmağa başladığınızı söyləyirlərmi?
• Çox vaxt zehni yorğunluq hiss edirsinizmi?
• Hər hansı bir işə 1 saatdan çox diqqət verə bilmədiyinizi hiss edirsinizmi?
• Tez-tez açarınızı unutduğunuz olurmu?
• Davamlı olaraq söylədiyiniz bir şeyi təkrar edirsinizmi?
• Bir şeyləri öyrənərkən artıq çətinlik çəkdiyinizi hiss edirsinizmi?
• Bəzən etməyə çalışdığınız işi bir anda unudursunuzmu?
• Hər hansı bir şey üçün istifadə edəcəyiniz rəqəmləri bir yerə qeyd etmədən xatırlaya bilmirsinizmi?
Qiymətləndirmə:
1-5 bal: Hafizənizlə əlaqədar böyük bir probleminiz olmur, ancaq sizin yenə də yaddaşınızı daha da gücləndirmək üçün təbii yaddaş gücləndiricilərdən istifadə edə bilərsiniz.
6-10 bal: Hafizənizin mütləq güclənməyə ehtiyacı var, beyniniz çətin vəziyyətdədir. Yaddaşsızlıqdan xilas olmaq üçün idman etməli və stressdən uzaq olmalısınız.
11-14 bal: Nəzərəçarpacaq dərəcədə yaddaş zəifliyi yaşayırsınız və bunun qarşısını almaq üçün nəsə etməlisiniz. Həkimə gedərək bu yaddaş zəifliyinin səbəbini araşdırmalısınız. Stress hormonlarındakı balanssızlıqdan da belə bir problem yaşaya bilərsiniz.