Yoldaşınızın gec gələcəyini xəbər vermədən axşam vaxtı sizi gözlətməsinə üzüldünüz, hətta bunu səbəbilə maraqlandınız. Gələndə hirslə qarşıladınız və əsas səbəbini öyrənmədən özünüzdən səbəblər sıralamağa başladınız. O da sizə sərt ifadələrlə cavab verdi. Və mübahisə başladı. Və ya xəstə olduğunuz bir gün yoldaşınız üçün bir şeyi etməyi unutduğunuz zaman sizi anlayışla qarşılamasını gözləyirdiniz, amma olmadı. Səhvinizi üzünüzə vurub sizi utandırdı. Siz də ona hirslə cavab verib höcətləşdiniz. Xəstə halınızla sizin üçün bu, küsmək səbəbi sayılır. Evliliklərdə yaşanan ən böyük problem yoldaşlar arasındakı ünsiyyətdir. Bəzi cütlər anlaşmazlıqlarını heç danışmadan, gələcəkdə bir gün hesabını soruşmaq üçün saxlayar. Bir çox cütlük də problemlər qarşısında duyğu və düşüncələrini doğru ifadə etmək əvəzinə, hirslə hərəkət edər. Ən kiçik bir səhv başa düşülmədən böyük müzakirələrə çevrilər və "Sən onsuz da məni sevmirsən" və ya "Sən məni bir dəfə belə anlamadın" səviyyəsinə gələr.
Doğru duyğuları hirs ilə gizləmək daha asan və rahat bir ifadə formasıdır. Çünki kədər, utanmaq, incimək, narahat olmaq kimi duyğuları birbaşa söyləmək daha çətindir. Əsəb isə heç utanmadan, sıxılmadan, mənliyə çox zərər vermədən ifadə edilə bilər. Mənliyimizə zərər verən və ya mənliyimizin bir başqası tərəfindən zədələndiyini hiss etdiyimiz duyğularımızı söyləmirik. Hirslənərək mənliyimizin məruz qaldığı zərərləri gizləmək üçün qarşı tərəfin mənliyinə zərər vermək istəyirik. Buna görə də əsl duyğularımız həmişə arxa planda qalır. Duyğularımızı ifadə etmədiyimiz üçün qarşı tərəf də müdafiəyə keçir və ən başdan ünsiyyət yollarını bağlamış oluruq.
Özünüzdən "Həqiqətən nə hiss edirəm?" deyə soruşun.
Evliliklərdə ən əhəmiyyətlisi sizi həqiqətən nə narahat edən məsələni təyin edib problemi həll etməyə çalışmaqdır. Ancaq bunun üçün də əvvəlcə insanın özünü tanıması, özünün fərqində olması lazımdır. "Mənim əsl duyğularım, düşüncələrim nədir, bu davranışımın əsl səbəbi nədir?" suallarına doğru cavabları verməyi asanlaşdırır. Müəyyən bir fikir qazanmış olan kəs niyə əsəbiləşdiyini, hansı duyğusunun hərəkətə keçdiyini daha yaxşı bilər və ifadə edər.