Qadin.NET / Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası

Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası

 

21.00 – 23:00 arası yuxu problemi

Bu vaxt insanların yuxuya getdiyi saatlardır. Siz bu vaxt yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu həddindən artıq stress və təşvişlə əlaqəlidir. Streslə mübarizə aparmaq üçün meditasiya ilə məşğul ola bilərsiniz. 

Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası

23:00 və 01:00 arasında oyanmaq

Qədim Çin tibbinə görə, bu vaxt dilimi öd kisəsi enerjisinin aktiv olduğu vaxtdır. Bu vaxt oyanmaq, adətən xəyal qırıqlığı ilə bağlıdır. Duyğusal olaraq özünüzü pis hiss etdiyiniz dövrdə ola bilərsiniz. Bunun öhdəsindən gəlmək üçün özünüzü olduğunuz kimi qəbul edin və başqalarını bağışlamağı yoxlayın. Meditasiyadan faydalana bilərsiniz.

Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası

01:00 və 03:00 arasında oyanmaq

Qədim Çin tibbinə görə, bu vaxt dilimində oyanmaq, həddindən artıq əsəbi olduğunuzu göstərir. Qaraciyərə enerji ötürülən dövr olduğu üçün hər hansı mövzu ilə bağlı əsəbi ola bilərsiniz. Soyuq su içməyi və əsəbiləşməyinizə səbəb olan halı idarə etməyi öyrənin.

Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası

03:00 və 05:00 arasında oyanmaq

Bu vaxt oyanmaq adətən kədərlə əlaqəli olur. Yuxuya getmək üçün yavaş və dərin nəfəs almağı yoxlayın. Əslində nə qədər güclü fərd  olduğunuzu düşünün və sizi kədərləndirən mövzunun öhdəsindən gəlməyə çalışın.

 

18 sentyabr 2019
GO BACK