Qadin.NET / 5 dəqiqəyə stressi azaltmaq

5 dəqiqəyə stressi azaltmaq

 

İdarəli nəfəs texnikası

Qarnınıza doğru dərin bir nəfəs alın. Bir neçə saniyə nəfəsinizi tutun. Yavaş-yavaş 5-ə qədər sayaraq nəfəs verin. 4 dəfə təkrar edin. Nəfəs texnikası stressi azaldır, immunitet sistemini gücləndirir və diqqəti artırır. Uzaq şərqdə elmi araşdırmalarda da istifadə olunur.

5 dəqiqəyə stressi azaltmaq

Ahəngli nəfəs texnikası

Əgər sadəcə bir nəfəd məşqi öyrənəcək vaxtınız varsa, bunu yoxlayın. Bir dəqiqə ərzində 5 nəfəs almağa çalışaraq sakitləşə bilərsiniz.

5 dəqiqəyə stressi azaltmaq

- Dik oturun və ya uzanın. Əllərinizi qarnınızın üstünə qoyun. Ağzınızı bağlı saxlayın. Bu metodla nəfəsinizi burnunuzdan alıb verməlisiniz.

- Yavaş-yavaş 5-ə qədər sayaraq qarnınıza doğru nəfəs alın. Əllərinizin altında qarnınızın şişdiyini hiss edəcəksiniz.

Nəfəsinizi tutub 2-yə qədər sayın.

- 6-ya qədər sayaraq nəfəs verin. Nəfəsin qarnınızdan boşalmaya başladığını hiss edin.

5 dəqiqəyə stressi azaltmaq

Bu məşqə gündə 5 dəqiqə ayıraraq başlayıb, zamanla 20 dəqiqəyə qədər çıxara bilərsiniz.

 

HA nəfəs metodu

Enerjinizin azaldığını hiss etdikdə bu metoddan istifadə edə bilərsiniz.

5 dəqiqəyə stressi azaltmaq

- Ayağa qalxın. Dirsəklərinizi bükün. Qollarınızın dirsəklərdən üstü bədənizə yapışıq dayanmalıdır. Dirsəklərdən altını isə 90 dərəcə bucaqla əlləriniz dümdüz tavana qədər qaldırın.

- Nəfəs alarkən, dirsəklərinizi geriyə doğru çəkin, sinənizin xəfif qabağa çıxdığını hiss edin.

5 dəqiqəyə stressi azaltmaq

- Nəfəsinizi sürətli formada Ha səsi çıxararaq verin, eyni anda əllərinizi aşağı doğru çevirin və dirsəklərinizi başlanğıc pozasına geri qaytarın. Dirsəkləriniz ən çox iləri və önə getməsin, bədənizlə eyni səviyyədə dayansın.

- 10-15 dəfə təkrarlayın.

 

 

21 may 2019
GO BACK