Qadin.NET / Gündəlik stressi azaltmağın yolları

Gündəlik stressi azaltmağın yolları

Gündəlik stressi azaltmağın yolları


Çantanızı əvvəlki axşamdan hazırlayın

Sabah üçün əvvəlcədən hazırlaşın. Bu sizi qismən sakitləşdirəcək, ofisə yemək aparacaqsınızsa, yatmadan əvvəl plan qurun. Səhər tezdən hazırlamaq çətin olacaq. 

Gündəlik stressi azaltmağın yolları


Görüşlərə 5-10 dəqiqə tez gedin

Görüşə və işə, dərsə vaxtında çatmaq bir çox insan üçün stressə evrilir. Ona görə həmişə hesabladığınız vaxtdan 5-10 dəqiqə evdən tez çıxın. Yolun nə qədər davam edəcəyi il bağlı mənfi fikirlərə bürünməyin. İşlərinizi son dəqiqəyə saxlamayın.

Gündəlik stressi azaltmağın yolları


İşləri bir-bir bitirin

Bir vaxtlar eyni anda bir neçə iş görmək çox yayılmış və məhsuldarlıq kimi göstərilirdi. Amma eyni anda bir neçə işi görmək insanı stressə salır və beyni yorur. Ona görə işləri bir-bir bitirin.

 

Fasilə edin

Fasilə zamanı gözünüzü bağlayıb beyninizi dincəldin, ayağa qalxıb gəzin, yemək yeyirsinizsə, yavaş-yavaş yeyin. 

Gündəlik stressi azaltmağın yolları


İdeal iş mühiti yaradın

Səs-küylü musiqi ilə daha məhsuldar işlədiyinizi düşünə bilərsiniz. Bütün bunlar diqqət dağıdır. Mümkündürsə, interneti söndürüb elə işləyin. Bildiriş səsləri belə sizi narahat edə bilər.

1 dekabr 2018
GO BACK