Hərəkətsizlik ani ölüm riskini artırır
Dünyada ən çox rast gəlinən, bir çox xəstəliyin əsas səbəbi olan olan təşviş halı və depresiya kimi psixoloji problemlər getdikcə yayılır. Ciddi psixoloji problem yaşayan insanların ömrü 10-20 il azala bilir. Fiziki olaraq aktiv olmayan, depresiv insanlarda ani ölüm 70% daha çox rast gəlinir. Aparılan araşdırmalar, dünyada hər 4 insandan birinin psixoloji problemlərlə rastlaşdığını göstərir. 6 nəfərdən biri isə həddindən artıq stress və depresiyaya yaxalanır.
Fiziki aktivlik depressiyaya qarşı
İdman edən insanlarda endorfin istehsal olunduğu üçün daha çox xoşbəxt olurlar, kiçik şeylərdən sevinməyi bacarırlar, depressiyaya daha az düşürlər. Depressiya kimi problemləri olan insanlara idmanla məşğul olmağı məsləhət görürlər.
Çox idman, az dərman
Depressiya meyilli insanlar mütəxəssislərin hazırladığı idman proqramına diqqət etməlidir. Ürək-damar problemləri və tənəffüs problemləri olanlar xüsusi idman proqramına riayət etməlidir. İdmanlardan əlavə gündə 15 dəqiqə açıq havada olmaq vacibdir. Bu müalicə prosesini dəstəkləyəcək.
Gəzin, üzün, danışın, stresdən qorunun
Təbiət qoynunda olun. Həftədə 3-5 gün gəzintiyə çıxın. 20-35 dəqiqəlik yürüşlərə çıxın. 30-60 dəqiqə velosiped sürün. Bundan əlavə bağça işləri ilə məşğul olun. Torpaqla təmasda olun. Antidepresant dərmanların yerinə idmanla məşğul olun.